Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5771

Digər sorğular

“Savab əməl cavabsız qalmaz”

15:41  |    02 İyun 2018  |   E-mail  |  Çapa göndər

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi müqəddəs Ramazan ayı boyunca Bakıda xeyriyyə aksiyalarını uğurla davam etdirir.

Birlikdən Qaziler.az bildirir ki, Kaspi.az-ın məlumatına görə, təşkilatın rəhbəri Sevinc Əzimbəyli bu gün öz ailəsi şərqşünas Seyid Camal Əzimbəyli ilə birlikdə sübh çağında, imsak vaxtı Bakının təmizliyinin keşiyində duran çoxlu saylı zəhmətkeş işçiləri müqəddəs Ramazan ayı münasibətilə ziyarət ediblər. Şəhərin müxtəlif yerlərində bu fədakar insanlara Ramazan sovqatı paylayıblar. Paytaxtın təmizliyini qoruyan bu insanlar diqqət və qayğıya görə təşəkkür ediblər.

Akasiya zamanı təşkilatın sədri S.Əzimbəyli bildirib ki, Ramazan ayı bağışlanma və fürsət ayıdır: "Biz bu mübarək ayda demək olar ki, hər gün çoxlu sayda şəhid və qazi ailələrini ziyarət edirik. Bu gündə orucluğun ən bərəkətli çağında, imsakda daha çox borclu olduğumuz dogma şəhərimizin daima təmizliyinin keşiyində duran cəfakeş insanları sevindirməyi qərara aldıq. Xeyirsevər aksiyamızın həyata keçməsində birliyimizə təmənnasız dəstək verən "Ovqat-AB” şirkətinə, eləcə də şirkətin dəyərli rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Bütün zənginləri ilahi fürsət ayında imkansızları sevindirməyə səsləyirəm. Unutmamalıyıq ki, Allah dərgahında heç bir savab əməl cavabsız qalmaz”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.08.2018
Məhərrəm ayının başlama vaxtı açıqlanıb
21.08.2018
Bakı meriyası paytaxta küçəsüpürən texnika gətirdi
20.08.2018
DGK Qarabağ müharibəsi iştirakçılarının gömrük postunda üzləşdiyi problemlərə aydınlıq gətirib
20.08.2018
Bakıda nonsens: avtobus dayanacağının yerində obyekt tikdilər - FOTO
20.08.2018
"Etibar özünə bıçaqla xəsarət yetirməyə başladı"