Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5898

Digər sorğular

Millət vəkili Ramazan ayında şəhid ailələri və Qarabağ qaziləri ilə görüşdü-FOTO/VİDEO

20:21  |    01 İyun 2018  |   E-mail  |  Çapa göndər

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, “Aprel-2016: Şəhid ailələrinə dəstək” ictimai birliyi və Türkiyənin Anadolu öyrənci birliyi Qarabağ qaziləri, Qarabağ müharibəsi veteranları və əlilləri və şəhid ailələri üçün iftar süfrəsi verib.

Müsəlman Şərqində ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və qarşıdan gələn Ramazan bayramı münasibətilə hər kəsi təbrik edən millət vəkili Q.Paşayeva Ramazan ayının bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib. Şəhid ailələrimizə, Qarabağ qazilərimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Dövlətimizin hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğısından danışan millət vəkili çıxışının sonunda inşallah növbəti iftar süfrələrimizi Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə verək deyib.



“Aprel 2016 Şəhid ailələrinə dəstək “İB həmtəsisçisi, qəhrəman şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, təşkilatın digər həmtəsisçisi, tanınmış jurnalist Aida Eyvazlı çıxış edərək cənab Prezidentin və 1-ci vitse-prezidenti Mehriban xanın Əliyevanın şəhid ailələrinə, Qarabağ qazilərinə diqqət və qayğısını xüsusi vurğulayıblar, hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik ediblər. Qardaş Türkiyənin Anadolu öyrənci birliyinin təmsilçiləri Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu qeyd edərək, Azərbaycanın şəhidi, qazisi, həm də Türkiyənin şəhidi, qazisidir dedilər və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbriklərini ifadə etdilər. Tədbirdə “Sağlamlığın qorunması” İB-nin sədri Yazgül Abdiyeva, Qarabağ Qazisi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər Təşkilatının başçısı Mübariz Quliyev, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova da çıxış edib, şəhid ailələrini, Qarabağ qazilərini və əlillərini təbrik edib və hər zaman yanınızdayıq deyiblər. Qarabağ qaziləri, əlilləri və şəhid ailələri ilə geniş söhbətlər, fikir mübadiləsi olub, millət vəkili Q.Paşayeva hər bir Qarabağ qazisini və şəhid ailəsini ayrılıqda da dinləyib və tədbirin sonunda hər kəs birlikdə gələn Ramazan bayramını birlikdə Xankəndində, Şuşada, Xocalıda qeyd edək deyiblər.

Qaziler.az
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.10.2018
QAZİLƏRİN ŞƏHİDLİYİ - Etimad bundan sonra ruhu ilə döyüş səngərində öz yerini tutacaq
21.10.2018
Qardaş gəl ay qardaş gəl, qarlı dağları aş, gəl... - Şəhid Abbas Behbudov
21.10.2018
86 il əvvəl dünyaya gələn Xəlil Rza Ulutürk
21.10.2018
"Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi
20.10.2018
Prezident onları təltif etdi - Sərəncam