Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5838

Digər sorğular

Kadırovdan Zabit Səmədova dəstək - FOTO

21:59  |    30 May 2018  |   E-mail  |  Çapa göndər

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycanın K1 döyüşçüsü Zabit Səmədova növbəti görüşü ərəfəsində dəstək verib.

Report xəbər verir ki, Kadırov "VKontakte” hesabında bu gün Rusiyanın paytaxtı Moskvada “King of Kings” versiyası üzrə Avropa çempionu titulu uğrunda fransalı Freddi Kemayo ilə qarşılaşacaq 34 yaşlı idmançıya uğurlar arzulayıb.
“Gecənin əsas döyüşünü əziz qardaşım, “Axmat” kikboksinq klubunun rəhbəri, dünya şöhrətli Zabit Səmədov keçirəcək. O, fransalı Freddi Kemayo ilə qarşılaşacaq. Döyüşün qalibi “King of Kings” versiyası üzrə Avropa çempionu titulunun sahibi olacaq. Bu döyüşü səbrsizliklə gözləyirik və inanırıq ki, Səmədov uzun qələbə seriyasını davam etdirəcək. Bunun üçün onda bütün peşəkar keyfiyyətlər var. Zabit təbiətən yenilməz döyüşçü ruhuna və möhkəm qələbə iradəsinə sahibdir. Əminəm ki, bütün azarkeşlər baxımlı döyüşə şahidlik edəcəklər. Zabit Səmədova rinqdə uğurlar və peşəkar karyerasında növbəti qələbəni qazanmasını arzulayıram”, - Kadırov yazıb.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək döyüşlər “Crocus City Hall”da “JARA Fight Show” idman layihəsi çərçivəsində baş tutacaq.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
"Onu sosial şəbəkələrdə daha az görəcəksiniz" - Qurban Qurbanov
23.09.2018
Millimizin baş məşqçisinə rüşvət ittihamı (BƏYANAT)
20.09.2018
Murad Məmmədov Minskdə çempion oldu
16.09.2018
"Qarabağ" təcrübəli komandadır" – "Vorskla"nın baş məşqçisi
12.09.2018
Gömrükçülərimiz Ermənistan komandasını darmadağın etdilər - FOTOLAR