Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6005

Digər sorğular

Milli Qəhrəman Aytəkin Məmmədovun doğum günüdür...

01:20  |    30 May 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir.

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar! Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar həmişə yaşamışdır və daim yaşayacaqdır. Belə qəhrəmanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədovdur.

O, 29 may 1967-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində anadan olub. 1974-1984-cü illərdə burada orta məktəbdə oxuyub. Həqiqi hərbi xidmətə 1985-ci ildə çağırılıb, 1987-ci ildə ordudan tərxis edilibdir. 1991-ci ildə DİN-nin Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olub. 1991-ci il Xanlar rayonu erməni işğalçıları tərəfindən hücuma məruz qalanda Aytəkin də döyüşlərə atılıb.
Cəsur döyüşçü düşmən həmlələrin qarşısını alarkən, göstərdiyi şəxsi şücaətə görə, silahdaşlarının da, komandanlığında hörmətini qazanıb. Aytəkin qatıldığı döyüşlərdən birində xeyli sayda yaraqlını məhv edərkən özü də qəhrəmancasına həlak olub. Hazırda məzarı Göyəlli kənd qəbristanlığındadır. Həmin kənddəki orta məktəb də onun adını daşıyır, məktəbin qarşıısnda cəsur döyüşçümüzün büstü də qoyulub.

8 oktyabr 1992-ci ildə Azərbaycan Respublikası Rrezidentinin fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri ad verilib. Qeyd edə ki, 2013-cü ildə Aytəkin də daxil olmaqla Gədəbəy rayonunun digər üç Milli Qəhrəmanı - İsgəndər Aznaurov, İlham Əliyev və Məzahir Rüstəmovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilib.

Milli qəhrəmanımızı ehtiramla anaraq Allahdan rəhmət diləyirik.

Qaziler.az


VİKİPEDİYA: Aytəkin Məmmədov
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.12.2018
XİN: Danimarka şirkəti Dağlıq Qarabağda heç bir iqtisadi fəaliyyətlə məşğul deyil
11.12.2018
Ermənilər Rusiyadan uzaqlaşmağa səs verdilər - Qarabağda müharibə yaxınlaşır?
11.12.2018
Qarabağ klanından Paşinyan hakimiyyətinə “şifrəli mesaj”
11.12.2018
Düşmən mövqelərimizi atəşə tutub
10.12.2018
Şahbaz Quliyevin qardaşı: “Bildiyim odur ki, quru nəfəsləri qalıb”