Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5961

Digər sorğular

Bağ sahibi ağacdan asılmış məktub və pulu tapınca...

20:25  |    29 May 2018  |   E-mail  |  Çapa göndər


Türkiyədə maraqlı hadisə baş verib

Qaziler.az bildirir ki, Türkiyənin Biləcik rayonunda bağçasından ərik yeyən jandarmanın qoyduğu pul və məktubu tapan bağ sahibi böyük çaşqınlıq yaşayıb.

Biləciyin Deresakarı kəndində yol üstündə olan bağçasına gedən Engin Yağcı adlı şəxs ağacdan asılı bir məktub və müəyyən miqdarda pul tapıb.

"Qardaş, haqqını halal et. Bir az əriklərdən yedik. Bir qədər pul qoyduq. Jandarma" yazılan məktubu tapan Engin Yağcı müxbirə bildirib ki, onların bizə borcu yoxdur.

Bağçada gilas və ərik ağaclarına qulluq edərkən gözü ağacdakı torbaya sataşan bağ sahibi öz çaşqınlığını belə ifadə edib: "O dəqiqə getdim baxdım. İçində 10 lirə 50 qəpik pul və məktub vardı. Məktubu oxuyarkən çox duyğulandım. Altda yazılan nömrə ilə zəng edib onlara hər zaman mənim bağçamdan ərik və gilas yeyə biləcəklərini, əvəzində pul qoymamağı istədim. Çünki əsgərlər bizi və malımızı qoruyur. Onların bizə borcu yoxdur".

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir
12.11.2018
Yeni texnologiya Günəş enerjisini 18 il saxlayacaq
12.11.2018
Maykl Ceksonun gödəkçəsi 300 min dollara satıldı
10.11.2018
“Feysbuk Messencer”də arzulanan yenilik
05.11.2018
"Fil sonatası": Pionoçu ölümü gözləyən xəstə filləri klassik musiqi ilə sakitləşdirir - VİDEO