Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6209

Digər sorğular

“Yeni Üfüq” növbəti Ramazan aksiyasını keçirib

19:53  |    29 May 2018  |   E-mail  |  Çapa göndər

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi müqəddəs Ramazan ayı boyunca Bakıda xeyriyyə aksiyalarını uğurla davam etdirir.

Birlikdən verilən məlumatına görə, təşkilatın rəhbərliyi bu gün Qarabağ qazilərini və şəhid ailələlərini ziyarət edib. Görüşdə təşkilatın sədri Sevinc Əzimbəyli və Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, qəhrəman Qarabağ qazilərinin və şəhid ailələrinin üzərimizdə ən çox haqq sahibləri olduqlarını bildirib.

C.Əzimbəyli tezlik doğma Qarabağ torpaqlarının azad olunacağına əminliyini ifadə edib: "Çox istərdim ki, "Ovqat”-AB şirkətinin rəhbərliyi kimi digər şirkətlər və imkanlı şəxslər şəhid, qazi ailələrini, həmçinin imkansız insanları bu Ramazan ayında sevindirsinlər”.

Birliyin sədri Sevinc Əzimbəyli xeyirxah aksiyanın həyata keçirilməsində onlara göstərdiyi dəstəyə görə "Ovqat”-AB şirkətinə öz minnətdarlığını bildirib.

"Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov diqqət və qayğıya görə təşkilatın rəhbərliyinə təşəkkür edib və bildirib ki, heç vaxt şəhid və qazi ailələrini unutmursunuz.

Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firuddin Məmmədov isə "Yeni Üfüq”ün hər zaman şəhid və qazi ailələrinə hər zaman ehtiramla yanaşdığını söyləyib.

Onu da qeyd edək ki,”Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Ramazan ayı boyunca fərqli ünvanlarda xeyriyyə aksiyalarını davam etdirir. (kaspi.az)



Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.03.2019
Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..
24.03.2019
Keçmiş döyüşçüdən prezidentə müraciət: "28 illik hərbi xidmətimdən sonra..."
18.03.2019
Antalyadan Bakıya birbaşa uçuşlar olacaq
18.03.2019
Papaq atmaq - Papağı qeyrət, namus simvolu sayanların ETİRAZI
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni qaydalar hazırlanır