Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5838

Digər sorğular

Qriqorçuk "Qəbələ"dən ayrıldı - rəsmi

10:11  |    29 May 2018  |   E-mail  |  Çapa göndər


"Qəbələ” baş məşqçisi Roman Qriqorçukla yollarını ayırdığını rəsmən açıqlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu qərar Azərbaycan kubokunun final matçının ardından rəhbərliklə ukraynalı mütəxəssis arasındakı görüş zamanı qəbul olunub. Həmin görüşdə müqavilənin uzadılmaması qərara alınıb. "Qəbələ” İdman Klubu Qriqorçuka 2015 - 2018-ci illərdə komandadakı uğurlu fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2015-ci ilin əvvəlindən "Qəbələ”nin baş məşqçisi olan Roman Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. "Qırmızı-qaralar”la Premyer Liqada 2 dəfə gümüş (2016/2017, 2017/2018), 2 dəfə bürünc (2014/2015, 2015/2016) mükafat qazanan ukraynalı mütəxəssis 2 dəfə Azərbaycan Kubokunun finalına (2016/2017, 2017/2018) qədər irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə Avropa Liqasında çıxış edən "Qəbələ” 2015/2016 və 2016/2017 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
"Onu sosial şəbəkələrdə daha az görəcəksiniz" - Qurban Qurbanov
23.09.2018
Millimizin baş məşqçisinə rüşvət ittihamı (BƏYANAT)
20.09.2018
Murad Məmmədov Minskdə çempion oldu
16.09.2018
"Qarabağ" təcrübəli komandadır" – "Vorskla"nın baş məşqçisi
12.09.2018
Gömrükçülərimiz Ermənistan komandasını darmadağın etdilər - FOTOLAR