Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6139

Digər sorğular

Fond bu tanınmışlara 5 min manat verdi

22:26  |    26 May 2018  |   E-mail  |  Çapa göndər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun dəstəyilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Kult.az xəbər verir ki, mərasimdə çıxış edən akademik Kamal Abdulla müsabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib. O, layihənin adının məhz bu cür seçilməsinin təsadüfi olmadığını deyib:

“Yaradıcılıq Fondu hər il “Ədəbiyyat adamı” mükafatını 5 nəfərə verməyi planlaşdırır. Mükafat suvenir və 1000 manat puldan ibarətdir. Ümid edirik ki, gələcəkdə imkanlarımız daha da genişlənər. Onu da qeyd edim ki, bu adı tapmaq o qədər də asan olmadı. Adla bağlı bəzi təkliflər oldu, amma “Ədəbiyyat adamı” mənə elə gəlir ki, qulağa xoş gələn addır. Əslinə qalsa, ədəbiyyat adamı yaxşı bir oxucu da ola bilər”.

Akademikin çıxışından sonra yazıçı Nəriman Əbdülrəhmanlı, şair Səlim Babullaoğlu, ədəbiyyatşünas Seyfəddin Hüseynli, tənqidçi Elnarə Akimova və AYB üzvü Şirindil Alışanlıya mükafatlar təqdim olunub.

Tədbirdə çıxış edən şair Qismət Rüstəmov layihənin ölkə xaricində də tədbirlər planlaşdırdığını deyib:

“Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub”.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.02.2019
Avstriya rəsmisi Azərbaycan Dövlət Tərcümə Mərkəzində
02.02.2019
Avtoritetin xatirələri - Bəhram Çələbi yazır
01.02.2019
Aqil Abbasdan deputatlara ÇAĞIRIŞ: "Hər deputat öz kəndində bir kitabxana tikdirsin”
31.01.2019
Məşhur “Drina körpüsü” romanı ilk dəfə Azərbaycan dilində
25.01.2019
Qarabağ müharibəsində bənzəri olmayan hadisə - “Qanlı kaha” kitabı ondan bəhs edir