Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5961

Digər sorğular

Fransız kəşfiyyatçısı islamı niyə qəbul etdi? Şok səbəb

02:59  |    26 May 2018  |   E-mail  |  Çapa göndər

Fransız okean mütəxəssisi, dəniz zabiti və kino rejissoru olan Jak-İv Kusto yeganə şəxsdir ki, müsəlmanlar tərəfindən daim sevilib və əl üstündə saxlanılıb.

Teleqraf.com Fransız kapitan və casus Jak-İv Kusto ilə bağlı maraqlı məqamları təqdim edir.

Bir vaxt Türkiyədə də məşhurlaşmış Kusto islam dinini qəbul etdiyi üçün müsəlmanlar tərəfindən hörmət göstərilən şəxs idi.

İddiaya görə, Cəbəllütariq Boğazında duzlu su ilə şirin suyun bir-birinə qarışmadığını görən Kusto Qurani-Kərimdə “Rəhman” şurasını oxuduqdan sonra “1400 il əvvəl yazılan bir kitab bu həqiqəti necə bilər?” deyə təəccüblənib və sonda islamı qəbul edib.

Kapitan Jak-İv Kusto “Kalipso” adlı gəmisi ilə dünyanın əksər dənizlərini dolaşıb və dünya televiziyası üçün 129 sənədli film çəkib, 50-yə yaxın kitab yazıb.

Qeyd edək ki, Jak-İv Kusto 1910-cu ildə Fransada zəngin bir ailədə doğulub. 1930-cu ildə Fransa ordusunda çağırılıb, dəniz qüvvələrində xidmət keçib. Eyni zamanda kəşfiyyat sahəsində də özünü sınayıb. Əsas kəşfiyyat işi II Dünya Müharibəsi dövrünə düşüb. Kapitan Fransa məxfi təşkilatı (DGSE) üçün Portuqaliyada fəaliyyət göstərib, Lissabonda olan fransız agentlərinin Londonla əlaqələrini təmin edib. Həmçinin İtaliya ordusuna sızaraq çox gizli informasiyalar əldə edə bilib.

Ancaq Jak-İv Kustonun casus olması onun ölümündən sonra ortaya çıxıb. Bundan sonra kapitanın dənizlərdə araşdırmaları məxfi xidmətlərin hesabına apardığı məsələsi ortaya atılıb. O, kino sahəsində də tanınmış şəxs hesab olunurdu.

Ancaq bəllidir ki, dünya kino ulduzları, rejissor və ssenaristlərin çoxunun ölkələrinin məxfi xidmətləri üçün çalışdığına dair çoxlu dəlillər də var.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir
12.11.2018
Yeni texnologiya Günəş enerjisini 18 il saxlayacaq
12.11.2018
Maykl Ceksonun gödəkçəsi 300 min dollara satıldı
10.11.2018
“Feysbuk Messencer”də arzulanan yenilik
05.11.2018
"Fil sonatası": Pionoçu ölümü gözləyən xəstə filləri klassik musiqi ilə sakitləşdirir - VİDEO