Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6084

Digər sorğular

Şimali Koreyanın nüvə poliqonu belə partladıldı - VİDEO

20:27  |    25 May 2018  |   E-mail  |  Çapa göndər


Şimali Koreyanın Pxunqeri nüvə poliqonunun partladılaraq tam sıradan çıxarılmasının görüntüləri yayılıb.

AzVision.az xəbər verir ki, kadrlarda poliqonun partladılmasına hazırlıq, beynəlxalq ekspertlərin işləri, həmçinin partlayış anı əks olunub
İndiyədək 6 nüvə raketinin sınaqdan keçirildiyi Pxunqeri poliqonunda 3 nüvə şaxtası, yerüstü müşahidə məntəqələri, təhlükəsizlik qüvvələri üçün olan bina və digər xidməti obyektlərin hamısı partladılıb. Partlayışlar nəticəsində ətraf mühitə radioaktiv maddələrin sızıntısı qeydə alınmayıb.

Pxenyanın nüvə sınaqları keçirməsi üzun illərdir ki, Vaşinqtonla münasibətlərin korlanmasının əsas səbəbidir. ABŞ Şimali Koreyaya sanksiyalar tətbiq edərək, onun nüvə silahından imtina etməsinə nail olmağa çalışıb. Nəhayət, bu il aprelin 21-də Pxenyan əgər onlara təhdid və təxribatlar ünvanlanmasa, nüvə silahından imtina edəcəklərini bəyan edib.

Şimali Koreyanın Nüvə Silahı İnstitutunun sədr müavini Kan Kyon Ho bildirib ki, Pxunqeri poliqonunun sökülməsi ilə Şimali Koreyada yeraltı nüvə sınaqlarının keçirilməsi üçün artıq heç bir şaxta və poliqonlar qalmayıb. Və bu, onu göstərir ki, nüvə sınaqlarının dayandırılması məsələsində rəsmi Pxenyan şəffaflıq nümayiş etdirir.

Lakin ötən gün ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina göndərdiyi məktubda 12 iyun Sinqapurda keçirilməli olan ikitərəfli sammitdə iştirakdan imtina etdiyini bildirib. Səbəbini isə, Şimali Koreya liderinin son bəyanatında nümayiş etdirdiyi "böyük qəzəb və açıq düşmənçilik"lə əsaslandırıb. Rəsmi Pxenyan isə cavabında, Trampın bu qərarının beynəlxalq birliyin istəklərinə zidd olduğunu, istənilən vaxt və istənilən formatda Vaşinqtonla sammit keçirməyə hazır olduqlarını bəyan edib.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2019
Putin evlənir? – Rusiya prezidentinin gizli sevgisi haqda iddialar
17.01.2019
ABŞ Suriyada qalacağını açıqladı
17.01.2019
Türkiyədə 80 min hərbçi hazır vəziyyətə gətirildi
17.01.2019
Ac qalan vaşaqlar yemək tapmaq üçün kəndə girdilər, amma... - VİDEO
16.01.2019
Minbicdə güclü partlayış - ABŞ hərbçiləri öldü