Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5687

Digər sorğular

Azərbaycan Xalq Cümhuriyyəti - şərəf və ləyaqət tariximiz

16:06  |    25 May 2018  |   E-mail  |  Çapa göndər


UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan respublika elm-praktik konfransı keçirilib.

Konfrans iştirakçıları öncə UNEC-də nümayiş olunan Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət foto-sərgi ilə tanış olublar. Sərgidə cümhuriyyətin qurucuları, əsgər və zabitlərinin, o cümlədən dövrün əhəmiyyətli sənədlərinin fotoları yer alıb.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlanıb. UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov bildirib ki, müsəlman Şərqində ilk parlamentli demokratik cümhuriyyətin yaradılmasının 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi tariximizə və müstəqilliyimizə böyük ehtiramın təcəssümüdür. S.Yaqubov AXC-nin yaranması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən söz açıb, xalqımızın maarifpərvər ziyalıları, dövrün siyasi xadimlərinin milli kimliyimiz, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində apardıqları mübarizədən bəhs edib.

Millət vəkili, tarixçi alim Fəzail İbrahimli Xalq Cümhuriyyətinin yaradılmasını bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsi adlandırıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji, mədəni və tarixi əsaslarının müəyyənləşdirildiyini diqqətə çatdıran millət vəkili, xalqımızın həmin tarixlə qürur duyduğunu bildirib. Tarixçi-alim AXC-nin islahatları və dövlətçiliyə verdiyi töhfələrdən də danışıb. Cümhuriyyət hökumətinin Azərbaycanın sərhədlərini müəyyən edərək, dövlətimizi bölünməkdən xilas etdiyini, həmçinin ölkənin təhsili, iqtisadiyyatı, parlament quruculuğu və digər sahələrdə dünyaya nümunə olacaq addımlar atdığını qeyd edib. Ümummilli lider Heydər Əliyevin indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etdiyini vurğulayan F.İbrahimli 2018-ci ilin Cümhuriyyət ili elan olunmasını Azərbaycanın müstəqillik tarixinə göstərilən diqqətin nümunəsi adlandırıb.

UNEC-in “Humanitar fənlər” kafedrasının professoru Nizami Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsindən danışıb. AXC-nin milli dövlətçilik tarixində silinməz izlər qoyaraq, xalqımızın azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını bildirib.

“Azərbaycan Xalq Cümhuriyyəti - milli iqtisadiyyatın formalaşması təşəbbüsləri” mövzusunda çıxış edən UNEC-in rektorunun müşaviri, dosent Elşən Bağırzadə AXC dövründə aparılan iqtisadi islahatlardan söz açıb. O, AXC-nin qısa zaman kəsiyində milli iqtisadiyyatın formalaşdırılması istiqamətində çox böyük uğurlara imza atdığını diqqətə çatdırıb.

Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin qürur dolu səhifəsi olduğunu və onun varisi olan bugünkü müstəqil Azərbaycanın daha da qüdrətlənməsi üçün hər bir vətəndaşın çalışmasının vacibliyini bildiriblər.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Tələbə ailəsini yasa batırdı - Dəhşətli hadisə
13.07.2018
Tanınmış jurnalist “Space” telekanalından getdi
06.07.2018
Başçıya sui-qəsd cəhdi edən Yunisin açıqlaması - Video
03.07.2018
O KİMDİ? ALLAHVERDİNİN DOSTU!
02.07.2018
"Azərbaycan Polis günü"nün tarixi…