Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5949

Digər sorğular

Rusiyada 28 May günü ilə əlaqədar möhtəşəm tədbir - Amurda Cümhuriyyət İli/ FOTOLAR

18:16  |    25 May 2018  |   E-mail  |  Çapa göndər


2018-ci ilin Azərbaycanda Xalq Cümhuriyyəti İli elan edilməsi ilə bağlı yubuley tədbirləri xarici ölkələrdə də keçirilir.

Metbuat.az xəbər verir ki, bu cür bayram tədbirlərindən biri də Rusiyanın Blaqoveşçensk şəhərində keçirilib. Tədbirə amurlu azərbaycanlılar qatılıb. Bayram şərəfinə Amur Hökumətinin Xalq Təsərrüfatı Evinin lobisində tarixi ekskursiya ilə sərgi təşkil olunub. Stendlərdə ADR-in formalaşmasının əsas tarixi məqamlarını əks etdirən sənədlər və fotoşəkillər qoyulub. Ziyarətçilər həmçinin tematik kitablar, xalçalar və geyim formaları, ənənəvi Azərbaycan texnikası ilə tanış olublar. Burada isə bütün arzu edənlər ödənişsiz milli mətbəximizin təamlarından dadıb.
Tədbirdə Amur vilayətinin dövlət rəsmləri iştirak edib. Tədbirdə həmçinin Azərbaycandan gəlmiş sənətçi, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və tanınmış publisist, teleaparıcı İlham Tumas iştirak edib.

Qeyd edək ki, 2005-ci ildən fəaliyyət göstərən “Araz” cəmiyyətinin yeni sədri sabiq polis polkovniki Tofiq Niftəliyevdir. Cəmiyyətin müavini kənd təsərrüfatı elmlər namizədi Almaz Həsənovdur. O, uzun illərdir Blaqoveşnsk şəhərində yaşayıb və çalışıb.

Tədbir çox gözəl, təntənəli şəkildə keçirilib. Bu tədbirdə çox millətlər iştirak edib. Fotolardan da göründüyü kimi tədbir çox maraqlı keçib. Tədbirdən əvvəl sərgi keçirilib. Sərgidə Azərbaycan Cümhuriyyətinin tarixi ilə bağlı kitablar nümayiş olunub. Fotosərgi qurulub. Bütün qonaqlar Azərbaycan şirniyyatına qonaq olublar.

Qonaqlar şirniyyatların dadına baxdıqdan və sərgi ilə tanış olduqdan sonra Azərbaycan diasporasının nümayəndəlikləri ilə bərabər bədii gecəyə qatılıblar. “2018-ci il Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilib. Аmur vilayətində "Araz"cəmiyyəti çox fəal iştirak edib. Tematik sərgilər, görüşlər, idman tədbirləri keçirib. Şübhəsiz ki, Amur- Azərbaycan dostluğu inkişaf edəcək və möhkəmlənəcək.” - bu sözləri isə Amur vilayətinin hökumət sədrinin müavini Olqa Lısenko söyləyib. O, Amur bölgəsinin Hökumətinə "Araz" Azərbaycan Milli Mədəniyyət Cəmiyyətinin görkəmli şəxsləri və sədr Tofiq Niftəliyevin minnətdarlıq məktubunu təqdim edib. Həmçinin Аmur vilayətinin Qanunverici məclisinin komitə sədri Vladimir Konstantin, Blaqoveşçensk merinin birinci müavini Vyaçeslav Loginov təbriklərlə və təşəkkürlərlə səhnəyə qalxıb. Moskvadan Blaqoveşşensk şəhərindəki bayramda 5 il əvvəl buranı tərk edən müğənni Zamin də iştirak edib. Həmçinin konsert proqramında "Araz" Azərbaycan Milli Mədəniyyət Cəmiyyətinin yaradıcı qrupları və solistləri, ADNT kollektivləri, Amur İncəsənət və Mədəniyyət Kollecinin tələbələri iştirak ediblər.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
06.11.2018
Emalatxanadan sürgünə, sürgündən emalatxanaya - Ələkbər Rzaquliyevin məşəqqətli həyatı
04.11.2018
Deputat nazirin müdafiəsinə qalxdı: “Çox xarici dil bilir, ona görə...”
03.11.2018
Zamirə Hacıyevanın Londonda daş-qaşı müsadirə olundu (FOTOLAR)
02.11.2018
Hüquqşünas Zamirə Hacıyevadan milyonları almağın yollarından danışdı
31.10.2018
Qulu Məhərrəmli: “Reketlərlə hüquq-mühafizə orqanları məşğul olmalıdır”