Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5767

Digər sorğular

Millət vəkilinin nazirə etirazı - VİDEO

11:55  |    25 May 2018  |   E-mail  |  Çapa göndər


Olimpiada qaliblərinin imtahansız ali məktəbə qəbulu narazılıq yaratdı


Dekabr ayı da daxil olmaqla yəni ilin sonunadək 6 yaşı tamam olan uşaqlar məktəbə qəbul ediləcək. Bu, “Təhsil haqqında” qanuna dəyişiklikdən sonra mümkün oldu. Milli Məclisin Elm və Təhsil Komitəsinin bu gün keçirilən iclasında təhsil naziri Ceyhun Bayramov bununla həm də bürokratik əngəllərə son qoyulacağını dedi.

Təhsil haqda qanunda digər dəyişiklik isə odur ki, təhsil müəssisəsi, valideynlərin arzusu ilə xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.

Orta məktəblərə sənəd qəbulu zamanı ortaya çıxan çətinliklərdən biri də bəzi insanların öz yaşadıqları ərazidə qeydiyyatda olmadıqları üçün onların övladlarının sənədinin məktəb tərəfindən qəbul edilməməsi idi.

Təhsil naziri dedi ki, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsil alanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar.

Elm və təhsil komitəsinin bugünkü iclasında olimpiada qaliblərinin imtahansız ali məktəblərə qəbulu ilə bağlı məsələni də müzakirəyə çıxartdılar. Millət vəkili Asim Mollazadə bunun əleyhinə səsləndi.

Təhsil naziri Ceyhun Bayramov isə dedi ki, Respublika fənn olimpiadalarında iştirak edən şagirdlərin qəbul imtahanında olan nəticələri ilə olimpiadada iştirak etdikləri fənnlər üzrə elə də böyük fərq yoxdur. Onun sözlərinə görə, aşağı nəticə coğrafiya fənnindən qalib gələn şagirdlərdə müşahidə olunur ki, onların da topladığı orta bal 648-dir:

“Riyaziyyatdan qalib olan şagirdlərin topladğı orta bal isə 686-dır. Bu bir daha onu sübut edir ki, orta səviyyəli istedada malik olan şagird Respublika fənn olimpiadasında yer qazana bilməz. Bu səbəbdən də olimpiada qaliblərinin imtahansız ali məktəbə qəbul olmaları normaldır. Bugünkü müzakirələrdə dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin işçilərin sertifikasiyaya cəlb ediləcəyindən də danışıldı. İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyaya cəlb edilməyəcəklər”. (Real TV)

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.08.2018
Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”
18.08.2018
Sabahın hava PROQNOZU
18.08.2018
DSX rəisi: Əsas hədəfimiz işğal altında olan ərazilərdə...
17.08.2018
Bakıda “avtobus manyakı” peyda olub – VİDEO
17.08.2018
Azərbaycan Ordusu Qarabağda əməliyyat keçirməyib – RƏSMİ