Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5687

Digər sorğular

"Jurnalisti yıxıb, üstündə oturdum, əməliyyatçıları gözlədim..." - Nailə Məmmədova

20:21  |    24 May 2018  |   E-mail  |  Çapa göndər

Rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədr müavini, hüquq müdafiəçisi Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Rauf Sultanov vəsatətlə çıxış edib.

O bildirib ki, vəzifəli şəxs olmamasına baxmayaraq, rüşvət alma maddəsi ilə ittiham verilib, 5 aydır ki, qanunsuz olaraq həbsdə saxlanılır.

Rauf Sultanov barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verillməsini, bu vəsatəti təmin olunmadığı halda barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.


Bu zaman Rauf Sultanov hakimin qərarına etiraz edib. O hakim tərəfindən sakitləşdiriləndən sonra məhkəmə istintaqının başlanılması barədə qərar qəbul edilib, ittiham aktını elan etmək üçün prokurora söz verilib.

Daha sonra prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Rauf Sultanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Sonra 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova şahid qismində ifadə verib. O bildirib ki, 2017-ci ilin avqustundan jurnalistlər ona zəng etməyə başlayıb, məktəblə bağlı suallar verib.

Nailə Məmmədova bildirib ki, onun barəsində internetdə xoşagəlməz yazılar dərc olunub: "Sonra mənə zəng etdilər, amerkalı jurnalistlər olduğunu dedilər. Məndən 5 min manat istədilər".

Nailə Məmmədova qeyd edib ki, sonradan bir neçə nəfərlə görüşüblər, 5 min manatdan 2 min manata qədər düşüblər: “İki min manata razılaşdıqdan sonra Rauf məni tez-tez rahatsız edirdi. Gecə saatlarında mənə zəng edirdi. Ona yalvarırdım ki, bu işdən əl çək, amma əl çəkmirdi. İstənilən vaxt zəng edirdi, məni narahat edirdi. Mənə görüntülü zənglər də edirdi. Onun görüntülü zənginə cavab verdim, şəkər xəstəsi olduğumu, ayağımı isti suya qoyduğumu göstərdim. Dedim ki, məni narahat etmə. Amma bu əməlindən əl çəkmirdi. Evdə gənc oğlum, ailəm var. Onlar da narahat olurdular. Məcbur qalaraq korrupsiya idarəsinə müraciət etdim”.

Nailə Məmmədova Rauf Sultanovun həbs edilməsi üçün qurulan əməliyyatdan danışıb: "Pulu vermək üçün məni evinə çağırdı, dedi ki, nə içirsən, hazırlayım. Mən dedim ki, heç nə içmirəm, amma başı xəmirli tut arağı istəyirəm, bunu da zarafatla ona dedim. Məni evində görüşməyə çağırdı. Korrupsiyanın işçiləri gec gəlirdi, bu səbəbdən evdə danışmaqla onun başını qarışdırdım, suallar verməyə başladım. Qapının ağzında yerə yıxdım, üstünə oturdum ki, qaça bilməsin”.

Nailə Məmmədov qeyd edib ki, bundan əvvəl Rauf Sultanovla bir neçə dəfə görüşmək barədə yer təyin etsələr də, sonuncu təyin olunan görüş yerlərinə gəlməyib: “Elə bil ki, Rauf nədənsə qaçırdı. Bu şəxsi mənə qarşı öyrədənlər olub. Onların adını öyrənmək istəyirəm. Çünki bu şəxsə mənim ev ünvanıma qədər verilib”.

Nailə Məmmədova ifadəsində qeyd edib ki, Rauf Sultanovdan bir neçə ay əvvəl başqa bir jurnalist ona zəng edib: “Həmin jurnalist mənə sual verəndə, ona kobud cavab verdim. Həmin jurnalistə dedim ki, sən bilirsən, kimə zəng edibsən, başın üstünə ağırlıq edir. Düzdü, həmin ifadələri işlətmək məktəb direktoruna yaraşmazdı, amma məni həmin dövrdə çox sıxırdılar, əsəbi olduğum üçün kobud cavab vermişəm. Buna görə də rəhbərlik tərəfindən töhmət almışam”.

Nailə Məmmədova qeyd edib ki, bu töhməti alandan 6 ay sonra Rauf Sultanov ortalığa çıxıb: “Bu ərəfədə artıq mənə verilmiş töhmətin vaxtı keçirdi, üstümdən götürüləcəkdi. Amma Rauf mənim haqqımda xoşagəlməz yazılar yazacağını dediyi üçün onunla görüşmək qərarına gəldim. Rauf mənim haqqımda rüsvayedici məlumatlar dedikdə, guya mənim məktəb şagirdlərinin valideynlərindən pul aldığım, məktəbdə özbaşınalıq etdiyim barədə məlumatlar olduğunu dedi. Daha öncə jurnalistləri qəbul etməyib, rədd etdiyim üçün başım ağrımışdı, mətbuatda heç bir əsası olmayan məlumatlar dərc edilmişdi. Belə bir halın təkrarlanmasını istəmirdim. Bu səbəbdən onunla görüşmək istədim”.

Nailə Məmmədova söyləyib ki, Rauf Sultanovla bağlı olan söhbətini rəfiqəsi və həm də qohumu olan Samirə Mirzəyevaya izah edib, onun Raufla görüşməsini istəyib.

Nailə Məmmədova qeyd edib ki, Samirə Mirzəyeva və onun həyat yoldaşı Rasim Mirzəyevlə birlikdə Rauf Sultanovla görüşməyə gediblər: “Mən maşında qaldım, Samirə və Rasim Raufla görüşdülər. Rasim mənim xahişimlə bu problemi həll etmək üçün 1200 manat verməyi təklif etdi. Amma Rauf israrla 5 min manat tələb edirdi”.

Nailə Məmmədov bildirib ki, 40 ilin müəllimidir, 11 ildir məktəb direktoru işləyir: “Bu vaxta kimi heç bir problem olmamışdı. Amma son dövrlər haqqımda xoşagəlməz ifadələr mətbuatda dərc olunub. Mən də bu məlumatlarla bağlı heç bir jurnalisti qəbul etmirdim, onlarla bağlı məsələni hüquqi müstəvidə həll etmək qərarına gəldim. Bu səbəbdən ilk addımı atdım, Rauf Sultanovla bağlı hüquq-mühafizə orqanlarına şikayət etdim. Bundan sonra da haqqımda xoşagəlməz ifadələr işlədən jurnalistlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək qərarındayam”.

Nailə Məmmədova Rauf Sultanovun onunla şəxsi münasibət qurmaq istəməsi barədə də ifadə işlədib.

Rauf Sultanov bildirib ki, ona qarşı sürülən ittiham saxtadır. Onun sözlərinə görə, haqqında korrupsiya idarəsinə yazılan şikayəti Nailə Məmmədova yazmayıb: “Mən Nailə Məmmədovanın xəttini çox yaxşı tanıyıram. O ki qaldı onunla münasibət qurmağıma, bu yalandır. Nailə mənim anam yaşında qadındır. Mənim evimə daha gənc qızlar gəlib. İngiltərədən, Almaniyadan evimə qızlar gətizdirmişəm”.

Növbəti proses iyunun 4-də davam edəcək.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb.

O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinir.

Rauf Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb.

Bundan əvvəl o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib.

Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.

Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə məhkum olunub. Hökm üzrə Rauf Sultanov ötən ilin dekabrın 2-də cəzasını başa vurub.

Xəzər rayon Məhkəməsinin hökmü ilə Rauf Sultanovun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Hökmdən narazı qalan Rauf Sultanov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, hökmdə yenə də xətşünaslıq ekspertizasının rəyi saxtalaşdırılıb. Rauf Sultanov barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət verilməsini xahiş edib. Həmçinin Baş Prokurorluq da apelyasiya protesti verərək, Rauf Sultanovun cəzasının ağırlaşdırılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Xəzər rayon Məhkəməsinin hökmü dəyişdirilib. Rauf Sultanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi həmin məcəllənin 178.1 və 178.2-ci maddələrinə tövsüf edilib və onun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvəsində saxlanılıb.

Rauf Sultanov sonradan Nizami rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Hüquq müdafiəçisi olan Rauf Sultanov azadlığa çıxandan sonra Amerkapress.com saytını yaradıb və həmin sayta rəhbərlik edib.

Sayt rəhbəri olandan sonra onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər daxil olub.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Tələbə ailəsini yasa batırdı - Dəhşətli hadisə
13.07.2018
Tanınmış jurnalist “Space” telekanalından getdi
06.07.2018
Başçıya sui-qəsd cəhdi edən Yunisin açıqlaması - Video
03.07.2018
O KİMDİ? ALLAHVERDİNİN DOSTU!
02.07.2018
"Azərbaycan Polis günü"nün tarixi…