Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5949

Digər sorğular

Səhhəti pisləşən Musa Yaqubdan xəbər var

16:50  |    23 May 2018  |   E-mail  |  Çapa göndər


“Musa müəllimin səhhəti yaxşı deyil. Hələ ki, yaxşılığıa doğru bir şey yoxdur.

Müalicəsi üçün dərmanlarını xaricdən gətirdirik. Hazırda İsmayıllıda – Buynuz kəndindədir”.

Bunu Modern.az-a açıqlamasında tanınmış şair Musa Yaqubun nəvəsi Rüfət Qarazadə babasının səhhəti barədə danışarkən deyib.

O, bildirib ki, babasının qida qəbul edə bilməməsi vəziyyəti bir az da çətinləşdirir:

“Əslində, 20 ilə yaxındır ki, parkinson adlı xəstəlikdən əziyyət çəkir. İndi isə xəstəlik özünü daha ağır formada göstərir. Həkimlər xəstəliyin ağırlaşmasını yaşla da əlaqələndirirlər. Həmçinin, qidalanmasında problem var. Yeməyi zəifləyib. Yemək yemədikcə, halı bir da zəifləyir. Ağrılar ayaqlarına vurur”.

Rüfət Qarazadə babasının səhhəti ilə maraqlananlardan da söz açıb.

“Musa müəllimlə mütəmadi olaraq maraqlanırlar. Yazıçılar Birliyinin üzvləri, qələm dostları, jurnalistlər, Milli Məclisin deputatları vaxtaşırı zəng edib, əhvalını xəbər alırlar. Sağ olsunlar! Musa müəllim, yay vaxtı hər il kəndə gəlib. Bu vəziyyətdə belə kağız- qələmi yerə qoymur. Öz nəticəsi üçün dünən bir şeir də yazıb. Şair adam üçün təbiət ən gözəl ünsiyyətdir. Sadəcə olaraq gördüklərini dilə gətirə bilmədikcə, daha da üzülür. Bu məsələlər ona təsir edir”


Qeyd edək ki, 81 yaşı mayın 10-da tamam olan şair xeyli müddətdir xəstə yatır.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Flora Kərimova protokolu pozubmuş - Fotolar
13.11.2018
Həsən Turabov Amaliya xanıma ən ağır zərbəni vurdu
12.11.2018
Akademik Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir
09.11.2018
Amaliya Pənahovadan ölüm dərsi
09.11.2018
Akademik Milli Dram Teatrı üç rayonda “Vəsiyyət” tamaşasını təqdim edib