Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5898

Digər sorğular

Əfqanıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq inkişaf etdiriləcək

16:47  |    22 May 2018  |   E-mail  |  Çapa göndər


Əfqanıstanla əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadilələrinin genişləndirilməsi üçün səylər artırılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əfqanıstan İslam Respublikasının əmək, sosial işlər, şəhid və əlillər naziri Faizullah Zaki İbrahimi ilə görüşündə bildirib.

“Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakı şəhərində keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə S.Babayev ölkəmizin sosial müdafiə sistemi barədə F.Z.İbrahimiyə məlumat verib. Nazir bu sistemdə şəffaflığın və ünvanlılığın tam təmin edilməsi, əmək və sosial müdafiə sahələrində iş mexanizmlərinin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi yönündə aparılan islahatları diqqətə çatdırıb.

S.Babayev bildirib ki, son illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Həmin sənədə əsasən, konkret sahələr üzrə müəyyən təcrübə mübadilələri aparılır. Nazir İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılması nəzərdə tutulan beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək və məşğulluq sahəsində əməkdaşlığa öz töhfəsini verəcəyini qeyd edib.

F.Z.İbrahimi ölkəmizlə əmək və sosial müdafiə sahələrində əlaqələrin güclənməsinə, əmək və sosial məsələlərin həlli sahəsində görülən işlərlə bağlı Azərbaycanın təcrübəsini öyrənməyə və aparılan təcrübə mübadilələrini gələcəkdə daha geniş müstəvidə qurmağa xüsusi önəm verdiklərini bildirib. O, İƏT-in Bakıda yaradılması nəzərdə tutulan beynəlxalq statuslu Əmək Mərkəzinin Nizamnaməsinin Əfqanıstan tərəfindən də imzalanmasına hazır olduqlarını vurğulayıb.

Görüş gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi ilə davam edib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Deputatın sözləri azərbaycanlıları hiddətləndirdi
13.10.2018
Ardanın tapançalı davası - Video
04.10.2018
İş adamı Kremli partlatmaq istədi – Putinlə görüş tələbi/Şok hadisənin videosu
02.10.2018
Qarabağ qazisi İlqar Baxşəliyevin yas mərasimi oktyabrın 3-də olacaq - QARAÇUXURDA
01.10.2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 83 dəfə pozub