Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6319

Digər sorğular

AMİP Etibar Məmmədovun oğlu ilə bağlı yayılan xəbərləri təkzib etdi

19:42  |    22 May 2018  |   E-mail  |  Çapa göndər


Əli Orucov: “Bu yanlış məlumat yayanların məqsədləri nədir?”

Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun oğlu Ayxan Məmmədovun ABŞ-ın Corc Vaşinqton Universitetində siyasi menecment ixtisasi üzrə təhsilini başa vuraraq, magistr dərəcəsi aldığı barədə xəbər vermişdik.

Musavat.com-un bu xəbərinin ardından bəzi mətbuat orqanlarında AMİP liderinin oğlunun ABŞ-a köçdüyü barədə xəbərlər yayılıb. Onun təhsilini davam etdirmək üçün Amerikaya köçdüyü deyilir. Eyni zamanda, A.Məmmədovun Vaşinqtonda çalışdığı bildirilir.

AMİP yayılan bu xəbərləri təkzib edir. Bununla bağlı musavat.com-a müraciət edən partiyanın katibi Əli Orucov bunları deyib: “Bəzi saytlar yanlış olaraq yazıblar ki, Etibar Məmmədovun oğlu Ayxan bəy ABŞ-a köçüb. Bir daha bildirirəm ki, Ayxan Etibar oğlu ABŞ-ın Vaşinqton şəhərindəki Corc Vaşinqton Universitetində təhsilini başa vuraraq siyasi menecment ixtisası üzrə magistr dərəcəsi alıb. Bu barədə "Yeni Müsavat" qəzetində açıqlamamın getməsinə baxmayaraq, bəzi mətbuat orqanları yanlış məlumat yayıblar. Mən bilmirəm, bu yanlış məlumat yayanların məqsədləri nədir?”

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.05.2019
Məsut Özildən azərbaycanlılara mesaj - "Qardaşlarım..."
18.05.2019
Sabahın HAVA PROQNOZU - Rayonlarda leysan...
11.05.2019
Bakıda 38 yaşlı qadın itkin düşüb, tapana mükafat vəd verilib - VİDEO
04.05.2019
AzTV diktorlarla bağlı məsələyə münasibət bildirib
24.04.2019
Ermənistan atəşkəs rejimini 27 dəfə pozub