Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5898

Digər sorğular

“Ölməz divizion” - Keçmiş döyüşçülər 25 illik fasilədən sonra yenidən Ağdamda

10:29  |    22 May 2018  |   E-mail  |  Çapa göndər


Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mərdliklə döyüşmüş ilk reaktiv divizionun əsgər və zabitləri 25 ildən sonra yenidən Ağdama qayıdıblar.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, ölkənin 15-dən çox şəhər və rayonunda yaşayan keçmiş döyüşçülər ilk olaraq torpaqların müdafiəsi uğrunda canını fəda edən vətən oğullarının xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər.

Keçmiş döyüşçü Məhərrəm Məhərov Milli Qəhrəman Şirin Mirzəyevin batalyonunda döyüşdüklərini bildirib: "Ən böyük arzumuza çatdıq, burada şəhidlərimizin qəbrini ziyarət etdik, Allah orada qalan şəhid qəbirlərini də ziyarət etməyi qismət eləsin. Biz Ali Baş Komandanın əmrini gözləyirik ki, bura yığışdığımız kimi yığışıb gedib o torpaqları işğaldan azad edək".

Keçmiş döyüşçülər abidə kompleksində daş kitabəyə həkk edilmiş şəhid dostlarının xatirəsini ehtiramla xatırlayıblar. Tərlan Ələkbərov Neftçala rayonundan Ağdama döyüşə gələndə 18 yaşında olub: “Kollektiv şəkil çəkdirəndə deyirik ki, burada çox qardaşlarımız ola bilərdi, amma çox təəssüf ki, yoxdurlar. Nə etmək olar, müharibədir. Bu, Allahın qismətidir. Şəhid olan da oldu, bizim kimi sağ qalıb evinə sağ dönən də oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Uzun illərdən sonra görüşən dostlar müharibə vaxtı çəkdirdikləri şəkillərə baxaraq o günləri xatırlayıblar. Zakir Sadıqov deyir ki, ən unudulmaz xatirələri isə ermənilərlə döyüşə girəndə bir-biriləri ilə etdikləri zarafatlardır: "Bir anlıq mənim yadıma 90-cı illər düşdü. Bu yoldaşlar hərəsi bir qəhrəmandır. Biz gözləyirik ki, Ali Baş Komandan əmr versin, biz hamımız bir nəfər kimi gedək, torpaqlarımızı işğaldan azad edək".

Ehtiyatda olan zabit Alı Mehdiyev təəssüflə qeyd edir ki, bu gün səngərlərdən bu tərəfdə olmamalı idilər: "Biz Dağlıq Qarabağı işğaldan azad etməli, hətta Naxçıvanla birləşməli idik. 1988-ci ildəki, xəritəni bərpa etməli idik. Bizim cənab Prezidentimiz həmişə deyir ki, İrəvan da bizimdir. Düz deyir. Bu torpaqlar bu döyüşçülərin hesabına işğal olmayıb, təxribatlar hesabına işğal edilib. Ermənilər həmişə ya təxribatla torpaqlarımızı işğal edib ya da böyük dövlətlərin gücü ilə alıblar".

Gəncliklərini müharibə vaxtı Ağdamda keçirən keçmiş döyüşçülər, Ağdamın Azərbaycan ordusunun nəzarətində olan kəndlərində böyük işlər görüldüyünü vurğulayır. 90-cı illərdə, yol infrastrukturlarının çox bərbad olduğunu, qaz, su, işıq xətlərinin olmadığını və həm döyüşçülərin, həm də yerli sakinlərin bu səbəbdən çox əziyyət çəkdiyini xatırlayırlar. Bu gün gördükləri mənzərə müharibənin hər üzünü görən bu orta yaş nəslini çox qürurlandırıb: "Quzanlı o vaxt balaca bir kənd idi. İndi Quzanlı şəhərdir. Sağ olsun dövlət başçısı Ağdamın hətta ən ucqar kəndinə belə asfalt çəkilib. Bütün kəndlər qazlaşdırılıb, ona görə də qışda qızınmaq üçün ağacları məhv etmirlər. Həqiqətən dövlətimiz böyük işlər görüb, ordumuz kifayət qədər yüksək səviyyədə silah sursatla, ərzaqla, yeməklə, paltarla təmin edilib. Ordumuzun döyüş hazırlığı yüksək səviyyədədir. Əmir verilsə, ordumuz döyüş tapşırığını yerinə yetirmək qabiliyyətindədir".

Keçmiş döyüşçülər Qarabağ problemini gələcək nəslə ötürmək şanslarının olmadığını deyərək, Ağdamdan növbəti səfər silahlanaraq işğal altında olan Azərbaycan torpaqlarına getmək arzusu ilə ayrılıblar.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2018
ABŞ-dan Paşinyana “ya hərb, ya sülh” çağırışı nə vəd edir?
19.10.2018
Paşinyan: “Azərbaycan tərəfi ilə razılığa gəlmişik ki...”
19.10.2018
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Bakı üçün yeni situasiya
18.10.2018
Zakir Həsənov Çexiyada hərbi sərgidə - FOTOLAR
18.10.2018
Prezident İlham Əliyev: İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır