Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

Məhəmməd Peyğəmbərin karikaturasını çəkənə 5 min avro vəd edildi AZADLIQ PARTİYASI TƏRƏFİNDƏN

18:19  |    18 May 2018  |   E-mail  |  Çapa göndər

Hollandiyada əsas müxalifət partiyalarından olan ifrat sağçı Azadlıq Partiyası - PVV - lideri Geert Wilders "Məhəmməd Peyğəmbər karikaturası" müsabiqəsi elan edəcəiyni parlamentdə açıqlayıb.

İfrat sağçı lider, bu müsabiqəni ifada azadlığına edilən təzyiqlərə qarşı bir tədbir olaraq təşkil etdiyini bildirib.

Bu haqda “BBC Türkçe” üçün Hollandiyadan müxbir Yusuf Özkan xəbər verir.
Müsabiqədə birinci yeri tutan karikaturaya 5000 avro, ikincisinə isə 2500 avro mükafat veriləcək. Wilders mükafatları "əliaçıq biri"nin ödəyəcəyini bildirib.
Müsabiqənin jürisi Wilders və karikaturaçı Bosch Fawstin-dən ibarət olacaq.
Fawstin 2015-ci ildə Texas ştatının Garland şəhərində keçirilən və Məhəmməd Peyğəmbərin karikaturasını sərgilədiyi üçün iki müsəlman tərəfindən hücum edilən müsabiqədə mükafat alıb.

Wilders deyib ki, ifadə azadlığını müdafiə etmək üçün "güclü bir əks səs" çıxarmanın zamanı gəlib. O, azad düşüncənin, gedərək daha çox basqı altına alındığını bildirib.
O deyib ki, təşkil etmək istədiyi müsabiqənin keçirilməsinə parlamentdə icazə verilməsə, onu başqa yerdə keçirəcək.

Muxalifet.az
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
31.07.2018
Mattarella Bakıdan sonra niyə İrəvana getdi? Şərh
30.07.2018
Bu hərbi bazaları ona görə qapatdıq ki... - Lavrov
28.07.2018
Baxçalıdan Trampa: Bu ayıbdır, əxlaqa ziddir!
26.07.2018
Zaranı qəsddən göndəriblər- deputatdan sensasion iddia
25.07.2018
"Jara"dan Zaranın tədbirdə iştirakı ilə bağlı - Açıqlama