Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

Azərbaycan qadınları Ümumdünya Qadın Sammitində AXC-dən danışıblar

16:45  |    18 May 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan qadınları Ümumdünya Qadın Sammitində 100 il əvvəl Müsəlman Şərqində ilk dəfə qadınlara seçmək və seçilmək haqqı verən Azərbaycan Xalq Cümhuriyyətindən danışıblar.

Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları -İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə Bakıxanova, Aynura Ağasiyeva, Sevda Nəcəfova, Sujayat Məmmədova , Həqiqət Abbasova, Janilya Qafarova, Pərvanə Mustafayeva, Yeganə Əliyeva, Royala Şirinova, Cəmilə İsmayılova, Zöhrə Məsiyeva, Ramilə Şirinova Ümumdünya Qadın Sammiti çərçivəsində 100 il əvvəl bütün müsəlman şərqində qurulan ilk parlamentli, demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətindən danışıblar və sadəcə müsəlman şərqində deyil, əksər dünya ölkələrindən də əvvəl Azərbaycan qadınlarının əldə etdiyi seçmək və seçilmək haqqından danışıblar. Azərbaycan Xalq Cümhiriyyəti, onun qısa zamanda özəlliklə qadın haqları ilə bağlı atdığı addımlar dünyanın müxrtəlif bölgələrindən gəlmiş qadınlar tərəfindən böyük maraqla qarşılanıb və onlara Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı materiallar Azərbaycan qadınları tərəfindən hədiyyə edilib. Azərbaycan heyəti eyni zamanda Azərbaycanın böyük maarifçi qadınları ilə də bağlı məlumatlar verməklə yanaşı bu gün ölkəmizdə qadınların bütün sahələrdə artan rolu barədə də müzakirələr zamanı geniş məlumatlar təqdim ediblər.

Azərbaycanın qərblə şərq, qərblə müsəlman dünyası arasında önəmli bir körpü olduğunu və mədəniyyətlərarası dialoq sahəsində gördüyü böyük işlər, əldə edilən uğurlar və bu sahədə ölkəmizdə olan örnək vəziyyət barədə də geniş məlumatlar verən Azərbaycan qadın nümayəndə heyəti dünyanını müxtəlif bölgələrindən gəlmiş tanınmış qadınları ölkəmizə dəvət ediblər. Bir çox ölkələrdən olan fəal qadınlar qadınlarımızla görüşərək yaxın zamanlarda Azərbaycanı ziyarət etmək istədikləri və əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyiblər.














Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
14.09.2018
Elmar Vəliyev oğlu ilə restoranda
14.09.2018
İmam Hüseyn (ə.s.) məktəbinin sirri, fəlsəfəsi, estetikası və əxlaqı barədə
25.08.2018
"Lotu Quli"dən Afaq Aslanla bağlı paylaşım - FOTO
23.08.2018
Rəsulzadənin məktubları və fotoları sərgilənəcək
21.08.2018
Məhərrəm ayının başlama vaxtı açıqlanıb