Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

İran ABŞ-dan şübhələnir

16:38  |    18 May 2018  |   E-mail  |  Çapa göndər


İran nüvə proqramı çərçivəsində ABŞ-ın yeni danışıqlardan sonra əldə olunan razılaşmaya əməl edəcəyinə şübhə ilə yanaşır.

Modern.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Mehdi Sənai Sank-Peterburq dövlət universitetinin tələbələri qarşısında çıxışı zamanı bildirib.

“ABŞ-ın razılaşmadan çıxışı onların məsuliyyətsizliyini göstərir. Əgər prezident dəyişilirsə o hər şeyi dəyişə bilər, daşı-daş üzərinə qoymaz qalsın. Bəli şübhəsiz ki, bu bütün dünya üçün çox təhlükəlidir. O, İranı yeni danışıqlara çağırır. Bəs yaxşı burada gələcək prezidentin onunla əldə edilmiş razılaşmanı pozmayacağına zəmanət haradadır” – Sənai çıxışı zamanı bildirib.

O, həmçinin bildirib ki, bundan sonra razılaşmaya ABŞ-sız da davam etmək olar. Sənai əlavə edib ki, İran əgər görsə ki, onun iqtisadi maraqları razılaşmanın qalan üzvləri tərəfindən təmin edilmir, o zaman müxtəlif ssenariləri müzakirə edə bilər.

Qeyd edək ki, 2018-ci ilin may ayında ABŞ prezidenti Donald Tramp öz sələfi Barak Obama və digər 5 dövlət tərəfindən İranla bağlanmış nüvə razılaşmasından çıxdığını bəyan edib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Ərdoğan mətbuat konfransında yatdı - Video
18.10.2018
Putindən Qaşıqçının qətli ilə bağlı - Şok açıqlama
18.10.2018
Krımdakı partlayışda ölü sayı 21-ə çatdı
18.10.2018
“The New York Times”: ABŞ kəşfiyyatı Qaşıqçı cinayətində şahzadə Salmanın əli olduğuna əmindir
18.10.2018
“Lotu Quli” sərbəst buraxıldı