Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5570

Digər sorğular

Paşinyanın daha bir “şişirtməsi” üzə çıxdı – Əcəmoğlu danışdı

16:25  |    18 May 2018  |   E-mail  |  Çapa göndər


Biz hamımız Ermənistanın yaxşı gələcəyinə ümid edirik, amma qəbul etməliyik ki, korrupsiyaya bulaşmış sistemi daxildən təmizləmək asan olmayacaq.

Axar.az xəbər verir ki, bunu İstanbulda yayımlanan “Aqos” qəzetinə müsahibəsində erməni əsilli məşhur türkiyəli iqtisadçı Daron Əcəmoğlu deyib. O, müsahibədə Ermənistan Baş naziri Nikol Paşinyanın ona zəng etdiyini təsdiqləyib:

“Mən dedim ki, ölkə xaricində yaşayaraq, necə kömək edəcəyimi bilmirəm. Bununla belə xatırlatdım ki, bunun üçün bütün səylərimi sərf etməyə hazıram. Fürsət yaranacağı halda Ermənistana gedəcəyəm. İndi ailə vəziyyətinə görə bunu edə bilmirəm. İrəvana nə vaxt gedəcəyimi də deyə bilmərəm.

Ermənistan iqtisadiyyatı rüşvət və korrupsiyaya görə güclü zədələnib. İctimai dönüş gərəklidir. Bu dönüş daha dinamik iqtisadiyyat və yüksək rəqabətliliyi təmin etməlidir. Bu cür dəyişikliyi yalnız Ermənistan cəmiyyəti edə bilər.

Biz hamımız Ermənistanın gözəl gələcəyinə ümid edirik, amma anlamalıyıq ki, korrupsiyaya bulaşmış sistemi daxildən təmizləmək asan olmayacaq. Bunu çoxtərəfli yanaşma və siyasətə yeni, təhsilli, korrupsiyaya bulaşmamış idealistlərin gəlməsi ilə həll etmək olar”, – deyə o bildirib.

Qeyd edək ki, 13 mayda Paşinyan tanınmış alim Əcəmoğlu ilə danışdığını, onun Ermənistan iqtisadiyyatının inkişafına dəstək vermək üçün İrəvana gəlməyə hazır olduğunu, səfər tarixinin bir neçə günə dəqiqləşəcəyini bildirmiş, bunu xoş xəbər kimi çatdırmışdı.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
27.05.2018
Donald Tramp: "Görüş yeri və vaxtı dəyişməz qalır"
27.05.2018
Suriyada terrorçuların hücumu nəticəsində 4 Rusiya hərbçisi ölüb
27.05.2018
Rus muzdlularla ABŞ komandosları arasındakı döyüşün şok TƏFƏRRÜATLARI
27.05.2018
Petrosyan Paşinyanın çöküşünə hazırlaşır
27.05.2018
F-35 qadağası: Türkiyənin cavabı nə olacaq?