Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5570

Digər sorğular

Uşaqların 1 yaşından bağçaya verilməsi rəsmiləşdi

15:03  |    18 May 2018  |   E-mail  |  Çapa göndər


Milli Məclisdə “Təhsil haqqında” qanuna dəyişiklik müzakirə olunub.

Trend-in xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli söyləyib ki, qanuna təklif edilən dəyişiklikdə Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələrinə 3 yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəzinə uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, “Təhsil haqqında” qanununun mövcud variantına əsasən, məktəbəqədər təhsil 3 yaşından başlayır: “Amma uşağı 3 yaşından məktəbəqədər müəssisəyə cəlb etmək bir qədər gecdir. Əhalinin real tələbatını ödəmək başlamaq məqsədilə “Məktəbəqədər qədər təhsil haqqında” qanunda məktəbəqədər təhsilin 1 yaşından başlanılması qərara alınıb. Dünyada hətta 2, 3 aylıqdan uşaqların bağçalara verilməsi faktı var. Amma Azərbaycanda reallıq budur ki, uşaq 1 il ana tərbiyəsi almalıdır. Biz “Təhsil haqqında” qanunda da uşaqların 1 yaşından bağçaya verilməsi ilə bağlı dəyişikliklərin edilməsini təklif edirik”.

Qanun layihəsi müzakirələrdən sonra qəbul olunub.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
28.05.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur
27.05.2018
Sabaha olan HAVA PROQNOZU
27.05.2018
Prezidentin oğlu məzun oldu - FOTO
26.05.2018
Ombudsman əfv sərəncamı ilə bağlı məlumat yaydı
25.05.2018
Təlimlə bağlı YENİ XƏBƏR