Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5890

Digər sorğular

Belçika-İsrail arasında GƏRGİNLİK ARTIR

21:58  |    17 May 2018  |   E-mail  |  Çapa göndər

İsrailin Brüsseldəki səfiri Simona Frankel, İsrail əsgərlərinin Qəzzadakı qətliama dair mübahisəli açıqlamalarına görə, Belçika Xarici İşlər Nazirliyinə çağırılmasından sonra sözünün arxasında durduğunu bildirərək ikitərəfli münasibətləri gərməyə davam edir.

Belçika milli mətbuatında yer alan xəbərlərə görə, Qəzza sərhədində, aralarında uşaq və körpələrin də olduğu şəhidləri "terrorçu" kimi səciyyələndirən Frankel, sözünün arxasında durduğunu açıqlayıb.

Frankel, "Belə görünür ki, Belçika Xarici İşlər Nazirliyi bir səfiri çağıranda onun dəcəllik etmiş bir uşaq kimi davranıb, başını önə əyib, cavab verməməsini gözləyir. Belçikaya lazım olan cavabı verdim. Onlara tək tərəfli mövqelərinin sülhə töhfə vermədiyini sərt bir şəkildə dedim" açıqlamasını verib.

Qeyd edək ki, İsrailli səfirin "Hər bir insanın ölümündən dolayı üzüntü duyuram, sərhəddə həyatını itirən 55 terrorçunun ölümündən belə" şəklindəki mübahisəli ifadəsi ölkə daxilində böyük təpkiyə səbəb olub.

BELÇİKA BAŞ NAZİRİ: QƏBUL EDİLƏ BİLMƏZ

Belçikanın baş naziri Çarlz Mişel, bu ifadə qarşısında şoka girdiyini ifadə etmiş və bunun qəbul edilməz olduğunu söyləmişdi.
Belçikanın hakimiyyət və müxalifət partiyaları də bənzər şəkildə reaksiya göstərərək Frankelin Xarici İşlər Nazirliyinə çağırılmasını istəmişdi. Bundan sonra Belçika Xarici İşlər Naziri Didier Reynders, İsrail səfirini Xarici İşlər Nazirliyinə çağıraraq ölkəsinin Qəzza sərhədindəki qətliama dair münasibətini aydınlaşdırmasını və açıqlama tələb etmişdi.
Belçikadan sonra Lüksemburqa da akkreditə olan Frankel, Lüksemburq Xarici İşlər Nazirliyinə da çağırılmışdı.
Xatırladaq ki, İsrail əsgərlərinin, Qəzza sərhədində ABŞ-ın səfirliyini Qüdsə köçürməsinə və Nekbenin (Böyük Fəlakət) 70-ci ilini etiraz etmək istəyən nümayişçilərə atəş açması nəticəsində 62 Fələstinli şəhid olub, ən az 3 min adam yaralanmışdı.

Müxalifət.az
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.10.2018
İrəvanın riyakar siyasəti: Rusiyaya xəyanət, Bakıya fürsət
16.10.2018
Qənirə Paşayeva şəhid ailələrinin narahatlığı ilə bağlı çağırış etdi
15.10.2018
Prezident və birinci xanım Lənkəranda
14.10.2018
Самиит «Франкофония» в Ереване: «Хорошая мина при плохой игре»
13.10.2018
Bolton İrəvanda sərt danışıqlar aparacaq - Lukyanov açıqladı