Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5766

Digər sorğular

Umud Mirzəyev "Google maps"in təxribatına münasibət bildirib

15:12  |    17 May 2018  |   E-mail  |  Çapa göndər


"Google" axtarış sistemi növbəti dəfə təxribata yol verib.

Məşhur axtarış sistemi "Google maps"də Dağlıq Qarabağın və Azərbaycanın işğal olunmuş digər ərazilərinin adları erməni dilində göstərilir.

Təəssüf ki, bu yuxarıda adı çəkilən internet resursunun təxribata yol verdiyi ilk hal deyil. Bu cür təxribat daha əvvəl də baş vermişdi.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Мirzəyev məsələyə dair narahatlığını ifadə edib:

"Beynəlxalq axtarış sisteminin Azərbaycan və onun ərazilərinə qarşı bu kimi təxribatları ciddi narahatlıq doğurur, xəritədə Azərbaycana qarşı bu cür təxribat xarakterli dəyişikliklərin edilməsi beynəlxalq konvensiyalara ziddir".

Umud Mirzəyevin sözlərinə görə, erməni lobbisi uzun müddətdir ki, tarixi yenidən yazmağa çalışır. Xaricdə böyük təsirə malik olmaqla, onlar Dağlıq Qarabağ münaqişəsinin həllinin qarşısını almaq üçün hər vasitəyə əl atırlar.

"Xəritəni dəyişərək və faktları təhrif edərək, Ermənistan tərəfi vəziyyətin daha da gərginləşməsinə səbəb olur, Azərbaycan bütün qüvvəsi ilə münaqişənin sülh yolu ilə həll edilməsi üçün səy göstərir. Erməni lobbisi isə təsir vasitələrindən, indiki halda isə "Google" axtarış sistemindən istifadə edərək problemin sülh yolu ilə həllinə maneə törətməyə çalışır.

Umud Mirzəyev bildirib ki, Google rəhbərliyi müvafiq tədbirlər görməlidir. Bu, resursun faktları təhrif edərək bilərəkdən və ya təsadüfən ciddi pozuntulara yol verdiyi ilk hal deyil.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.08.2018
Bu ölkələr Ermənistana qarşı birləşir - Politoloq
16.08.2018
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib – SİYAHI
15.08.2018
Türkiyə, Rusiya və İran rəhbərləri Tehranda görüşəcək
15.08.2018
Qənirə Paşayeva Macarıstan parlamentinin spikeri ilə görüşüb
15.08.2018
“Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu