Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5890

Digər sorğular

İsrail Ərdoğanın acığına “erməni soyqırımı”nı tanımağa hazırlaşır

16:20  |    17 May 2018  |   E-mail  |  Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə Qəzza sektoru arasında son günlər baş verən hadisələrə görə İsrail əleyhinə sərt ritorikasına cavab olaraq Knessetin deputatları “erməni soyqırımı”nı tanımaq barədə qətnamə layihəsini müzakirəyə çıxarıblar.

Bu barədə virtualaz.org-a Knessetdəki mənbələr deyiblər.

Qətnamə layihəsinin təşəbbüskarı sionist düşərgədən deputat İtsik Şmulidir.Onun təşəbbüsünə artıq 50 deputat dəstək verib. Hökumətin bir sıra nüfuzlu üzvləri, o cümlədən nəqliyyat və kəşfiyyat naziri İsrael Kats da “soyqırım”ın tanınmasının lehinə çıxış ediblər.

Amma İsrail siyasi istebleşmentində narahatlıq var ki, bu təşəbbüs Azərbaycanla strateji tərəfdaşlığa zərbə vura bilər. Bu məsələ ilə bağlı Şmuli belə deyib: “Azərbaycanda başa düşməlidirlər ki, bu məsələnin onlara heç bir aidiyyatı yoxdur. Axı Bakı Ərdoğanın İsrailə qarşı başlatdığı siyasi müharibənin miqyasını başa düşür və görür. Onlar bizə başqa seçim qoymayıblar”.

İsrail parlamentinin keçmiş deputatı, keçmiş səfir və ictimai-siyasi xadim İosif Şaqal isə “erməni soyqırımı”nın tanınması prosedurana qarşı çıxıb. O, İsrail KİV-lərinə müsahibəsində deyib ki, “soyqırım”ın tanınması Azərbaycanla ikitərəfli münasibətlərə şəksiz zərbə vuracaq. “İ.Şmuli siyasi diletantdır, Azərbaycan üçün olduqca həssas olan bu məsələnin incəliyini başa düşmür. Axı soyqırımın tanınması ilk növbədə Ərdoğanın əlinə oynamaqdır. Ərdoğanın erməni xalqına hər il ünvanlandığı müraciəti diqqətlə oxuyanda bu cür mülahizələrin yanlış olduğunu başa düşəcək. Ərdoğan İsraillə “soyuq müharibə” kursu götürüb. Və soyqırımın tanınması Türkiyə prezidenti üçün “sionist rejimin düşmənçilik səyləri”nə Azərbaycan və Türkiyə cəmiyyətini inandırmaq üçün daha bir yaxşı arqument olacaq”-Şaqal deyib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Paşinyan getdi ki, yenidən qayıtsın - Erməni baş nazirin TAKTİKASI
17.10.2018
Paşinyanın istefası ilə yeni dövr başladı – Köçəryan
16.10.2018
Türkiyəli müstəntiqlər jurnalistin öldürüldüyünə dair dəlillər əldə edib
16.10.2018
Ermənistanın Baş naziri istefa verdi
16.10.2018
“Nə baş verdi ki, Bransonu verdin?” – Kılıçdaroğlundan Ərdoğana kritik sual