Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5569

Digər sorğular

"Sarkisyanla yalnız Qarabağı müzakirə edə bilərəm" - Paşinyan

14:55  |    17 May 2018  |   E-mail  |  Çapa göndər


Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin müzakirəsi üçün ölkənin sabiq prezidenti Serj Sarkisyanla görüşə bilər.

AzVision.az xəbər verir ki, Paşinyan bu barədə erməni jurnalistlərlə açıqlamasında bildirib.

"Serj Sarkisyanla nəzəri cəhətdən mümkün ola biləcək yeganə görüş, Qarabağ problemi barədə informasiya alınmasının vacibliyi ilə bağlı ola bilər” – deyə Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistanda aprelin 13-dən başlayan kütləvi etirazlar nəticəsində baş nazir Serj Sarkisyan vəzifəsindən istefa verib. Mayın 8-də isə ölkə parlamenti küçə etirazlarının lideri Nikol Paşinyanı Ermənistanın baş naziri seçib. Ermənistan tam olaraq parlament üsul-idarəsinə keçib.

Ölkə konstitusiyasına 2015-ci ildə edilmiş dəyişikliyə əsasən, prezidentin səlahiyyətləri məhdudlaşdırılaraq, simvolik xarakter alır və dövlətin başçısı hökumətə rəhbərlik edən baş nazir olur. Dağlıq Qarabağ münaqişəsilə bağlı Ermənistan tərəfindən ən yüksək səviyyədə danışıqlar aparacaq rəsmi şəxs də baş nazir olacaq.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
27.05.2018
"Qarabağı qaytarmayacağıq. Bacarsanız bu şərtlərlə alın..." - TƏHDİD
27.05.2018
Səfir: Qarabağın həllinin vaxtı çatıb
27.05.2018
Paşinyan 18 yaşlı oğlunu Qarabağa göndərir - FOTO
27.05.2018
Azərbaycan ordusunun mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulub
26.05.2018
Ermənilər cəbhədə atəşkəsi 79 dəfə pozub