Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5564

Digər sorğular

Məqsəd Azərbaycanı AŞ-dan uzaqlaşdırmaqdır - Deputat

19:58  |    16 May 2018  |   E-mail  |  Çapa göndər

“Azərbaycanın Avropa Şurasından çıxmasından söhbət gedə bilməz. Fərdi məsuliyyət ölkə məsuliyyətinə çevrilə bilməz.

Nə qədər çətin olsa da, bizə qarşı problemlər yaratsalar da, biz Avropa Şurasında fəaliyyətimizi davam etdirəcəyik”.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov AŞPA tərəfindən ona sanksiya tətbiq edilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

S.Seyidov onu da vurğulayıb ki, bundan sonra Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında kimin təmsil edəcəyi müzakirə olunmalıdır: “Etiraf edirəm ki, Avropa Şurasındakı məsələləri təhlil etmək lazımdır. Avropa Şurasında destruktiv, onun özünə problem yaradan qüvvələr var. Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilib, iki əsas imkan toxunulmaz olaraq qalıb. Avropa Şurasında fəaliyyətimiz davam etdiriləcək. Yanvar sessiyasından əvvəl nümayəndə heyətinin üzvləri dəyişdirildi. Heç bir təşkilatda bizim nümayəndə heyətinin üzvləri daimi deyil. Avropa Şurasında bundan sonra da sözümüz keçir, nümayəndə heyətinin 12 nəfər üzvü var, hər biri yüksək səviyyədə ölkəmizi təmsil etmək iqtidarındadır. Burada erməni lobbisinin müdafiəçiləri Azərbaycanın inkişafına problemlər yaratmaq, onu Avropa istiqamətindən çəkindirməyə, habelə Avropanın qınağına məruz qalan partnyora çevirmək istəyirlər. Biz bunu yaxşı görürük. Buna qarşı mübarizə aparacağıq. İstintaq qrupu hesabatdan əvvəl məndən ifadə alanda deyirdi ki, sadəcə deyin ki, siz qeyri-qanuni işlərlə məşğulsunuz.

S.Seyidovun sözlərinə görə, bu sanksiyaların məqsədi Azərbaycanı Avropa Şurasından uzaqlaşdırmaqdır:

“Hazırlanan sənədin 200 səhifəsi Azərbaycan, 4 səhifəsi isə Ermənistana həsr edilib. Bu gün Ermənistandakı hadisələr korrupsiya, siyasi məhbuslar, insan haqlarının pozulması ilə bağlıdır. Necə olur ki, bütün bunlardan sonra Ermənistanla bağlı məqamlara müsbət, Azəbaycanla bağlı mənfi rəy verilir.

Böyük Britaniya nümayəndə heyətinin sualı bu məsələyə aydınlıq gətirir. Bunun arxasında başqa qüvvələr var. Həmin qüvvələr Azərbaycanın Avropa ilə əlaqələrinə mane olmaq, Azərbaycanı Avropa məkanından uzaqlaşdırmaq istəyənlər bizə qarşı belə addımlar atırlar. Lakin Avropa Şurasının daxilində sağlam mövqelər var”

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.05.2018
Çin lideri: Azərbaycanın statusu günü-gündən güclənir
24.05.2018
Erməni “soyqırımı” Knessetdə - İsrail–Türkiyə gərginliyi artır  
24.05.2018
Putin: Azərbaycanın çox böyük nüfuzu var
24.05.2018
İslamla terrorizmi eyni yerə qoymaq… – Papadan gözlənilməz açıqlama
23.05.2018
Əgər İngiltərə RT-yə əngəl yaratsa... - Puşkov