Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5701

Digər sorğular

“Ramil Usubovun tərifə ehtiyacı yoxdur” - Nazirlikdən KİV-ə etiraz

16:45  |    16 May 2018  |   E-mail  |  Çapa göndər


Daxili İşlər Nazirliyi mətbuatı Ramil Usubovun özünü və xidməti fəaliyyətini təqdir edən məqalələrə son verməyə çağırıb.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, KİV-də Daxili İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan vəzifəli şəxslərin, xüsusən nazir Ramil Usubovun özünü və xidməti fəaliyyətini təqdir edən silsilə məqalələrə rast gəlinir: “Müəlliflərinə təşəkkür etməklə yanaşı, onu da nəzərlərinə çatdırmaq istərdim ki, belə yazılar şəxsən nazir Ramil Usubovun özü tərəfindən heç də rəğbətlə qarşılanmır, əksinə hər dəfə göstəriş verir ki, yazı müəllifinə və ya məqalənin dərc edildiyi KİV-in rəhbərinə onun etirazını çatdırım. Çünki bu xarakterli yazılar son vaxtlar o qədər çoxalıb ki, istər-istəməz oxucuda onların bir mərkəzdən məqsədli şəkildə təşkil olunduğu qənaəti yaradır. Hamının təvazökar və eyni zamanda əsaslı tənqidi sevən bir insan kimi tanıdığı Ramil Usubovun belə təriflərə ehtiyacı yoxdur. O, dövlət və xalqı qarşısında öz vəzifə borcunu yerinə yetirir və onun da fəaliyyətinə qiyməti verən cənab Prezidentdir. Vətəndaş isə təşəkkürünü və ya iradını KİV-də ictimailəşdirməklə deyil, fərdi qaydada DİN-in ünvanına göndərə bilər. O ki qaldı hörmətli mətbuat nümayəndələrinə, onların da konkret olaraq nazir və ya başqa vəzifəli şəxs barədə deyil, yaxın zamanda öz 100 illik yubileyini qeyd edəcək Azərbaycan polisinin ümumi fəaliyyəti barədə yazmaları daha səmərəli və məqsədəmüvafiq olardı”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.07.2018
Milli Mətbuat Günü ilə bağlı Qaziler.az-ın əməkdaşı mükafatlandırıldı
21.07.2018
Bakıda işıqların sönmə səbəbi bilindi – Rəsmi açıqlama
20.07.2018
Millət vəkili Qənirə Paşayeva: “Hamımız hər zaman yanınızdayıq“
20.07.2018
SHXÇDX-də milli mətbuat günü qeyd olunub
20.07.2018
Bakının Baş planını amerikalılar cızacaq