Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5564

Digər sorğular

Azərbaycan əhalisinin sayı açıqlanıb - 10 milyon olmağımıza az qaldı

15:53  |    16 May 2018  |   E-mail  |  Çapa göndər


İlin əvvəlindən ölkə əhalisinin sayı 18260 nəfər artaraq aprelin 1-i vəziyyətinə 9916345 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32954 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib. Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir.

Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Cari ilin birinci rübündə ölkədə 15403 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,6-dan 6,4-ə qədər azalıb.

2018-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12932 nikah və 3556 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Cari ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1010 nəfər Azərbaycana gələn, 301 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 709 nəfər təşkil edib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.05.2018
Ölkədə intiharlar yenidən çoxalıb – səbəblər...
25.05.2018
Əfv sərəncamının icrasına başlanılıb
24.05.2018
FHN Xəzərdə tapılan meyitlər barədə açıqlama yaydı
24.05.2018
NATO generalı kəşfiyyat bölüyünün təlimlərini izlədi - Fotolar
24.05.2018
Qarabağ döyüşçüsü özünə qəsd etmək istəyir – Səbail rayonunda özbaşınalıq