Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5564

Digər sorğular

MOSSAD: İranda rejimi dəyişə bilərik

13:59  |    16 May 2018  |   E-mail  |  Çapa göndər


Səudiyyə Ərəbistanı, İsrail və ABŞ İrandakı rejim dəyişikliyinə gizli şəkildə dəstək verə bilər.

Axar.az xəbər verir ki, bunu “Yerusəlim Post” qəzetinə müsahibəsində İsrail xarici kəşfiyyat idarəsi olan MOSSAD-ın keçmiş rəhbər şəxslərindən Hayem Tamer deyib.

“Böyük problem raketlərə sahib olan İran deyil. Problem Xomeyni ideyalarına sadiq olan islam ölkəsinin İsraili yox etmə hədəfi və kütləvi qırğın silahlarına sahib olmasıdır. Biz İran nüvə silahlarıyla qarşı-qarşıya qala bilərik.

Əgər bütün tərəflər lazımlı strategiyanın bir hissəsi olaraq iş birliyinə getsələr, İsrail İrandakı rejim dəyişikliyini gizli şəkildə asanlaşdıra, Ər-Riyad bunu maliyyələşdə, ABŞ isə fərqli cəbhələrdə dəstəkləyə bilər. Savaş başlasa, İran bütün raketlərini Təl-Əviv və Hayfaya atacaq. Tehran Hizbullahın gündəlik 300-400 raket atmasına imkan yaradacaq gücə sahibdir. İranın İsrailə qarşı çox çətin bir cəbhə yaratma potensialı var. Əgər genişmiqyaslı savaş olsa, biz bütün silahlarımızı sürətli şəkildə istifadə edə bilmərik. Ən önəmli olan İsrailin İranın raket hücumunun hədəfi olacağı halda Təl-Əvivin hansı bölgələrini hədəf alacağını Tehranın açıq şəkildə deməsidir”, – deyə o bildirib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.05.2018
Akopyanın qovulma səbəbi: Cəbhədə təxribat ssenarisi...
24.05.2018
Hindistanda qarşıdurma: 13 ölü, 70 yaralı...
24.05.2018
Rəsmən təsdiqləndi: 298 NƏFƏRİN ÖLDÜYÜ TƏYYARƏNİ RUSİYA VURUB
24.05.2018
Nüvə raketlərini qoruyan amerikalı əsgərlər haqda ŞOK MƏLUMATLAR
24.05.2018
Türkiyə XİN-dən Afinaya sərt cavab