Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5564

Digər sorğular

Veteranların torpaqlarını satan sədr və müavinə şərti cəza istənildi - dələduzluq işi

14:37  |    16 May 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavini növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və 1961-ci il təvəllüdlü Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Məhəmməd Vəliyevin və Cavan Əhmədovun Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinib hər birinə 8 il cəza təyin edilməsini və cəzanın 2 il sınaq müddəti olmaqla şərti hrsab edilməsini istəyib.

Məhkəmə iclası mayın 23-nə təyin edilib.

Bildirək ki, Məhəmməd Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, Cavan Əhmədov isə təşkilatın sədr müavinidir.

Hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvətalma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır.

Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Veteranlara ayrılan torpaq sahəsi onlara satılıb. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satılıb.

Veteranlar iddia edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

Zərərçəkmişlərdən 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblır.


Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.05.2018
Ölkədə intiharlar yenidən çoxalıb – səbəblər...
25.05.2018
Əfv sərəncamının icrasına başlanılıb
24.05.2018
FHN Xəzərdə tapılan meyitlər barədə açıqlama yaydı
24.05.2018
NATO generalı kəşfiyyat bölüyünün təlimlərini izlədi - Fotolar
24.05.2018
Qarabağ döyüşçüsü özünə qəsd etmək istəyir – Səbail rayonunda özbaşınalıq