Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6147

Digər sorğular

İsrail səfiri Türkiyəni tərk edib

18:58  |    16 May 2018  |   E-mail  |  Çapa göndər


İsrailin Ankaradakı səfiri Eitan Naeh Türkiyəni tərk edib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, Ankaradan İstanbula gedən səfir mayın 16-da günorta saatlarında təyyarə ilə Təl-Əvivə uçub.

Səfirin nə zaman geri qayıdacağı məlum deyil.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli küçələrə çıxaraq aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.

Bu hadisələr Türkiyə ilə İsrail və ABŞ arasında diplomatik qarşıdurmaya səbəb olub. İsrailin Türkiyədəki səfiri Eitan Naeh Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlik diplomata ölkəsinə qayıtmağı tövsiyə edib.

Bundan başqa, Türkiyə Xarici İşlər Nazirliyi ölkənin Təl-Əvəidəki səfiri Kemal Ökem və Vaşinqtondfakı səfiri Serdar Kılıcı məsləhətləşəmə üçün geri çağırıb.

Mayın 15-də İsrailin Xarici İşlər Nazirliyi Türkiyənin Qüdsdəki baş konsulu Hüsnü Gürcandan ölkəni tərk etməyi tələb edib.

Mayın 16-da isə Türkiyə XİN İsrailin İstanbuldakı baş konsulu Yosef Levi-Sfariyə ölkəsinə qayıtmasını məsləhət görüb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2019
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22.02.2019
ABŞ 200 hərbçisini Suriyada saxlayacaq
22.02.2019
Ərdoğan-Tramp danışığından dərhal sonra açıqlama
21.02.2019
Türkiyə Ermənistanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir
21.02.2019
İraq kəşfiyyatı İŞİD-in ən böyük şəbəkəsini aşkarladı