Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5766

Digər sorğular

“Suallar o qədər də çətin deyildi” - 700 bal toplayan Cahan

11:37  |    16 May 2018  |   E-mail  |  Çapa göndər


Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri Cahan Haşımzadədir.

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi olan Cahan II ixtisas qrupu üzrə rekorda imza atıb.

Sevinc təsərrüfatlarını AzVision.az-la bölüşən Cahan imtahandan sonra bəzi suallarda şübhəli qalsa da, 700 bal toplayacağına əmin olub.

“Şübhəli qaldığım suallara görə narahat idim, evə gələn kimi kitaba baxdım, düzgün cavab verdiyimi gördüm. Valideynlərim və müəllimlərim yüksək nəticə göstərəcəyimi gözləyirdi. Əsas odur ki, imtahana yaxşı hazırlaşasan. Yaxşı hazırlaşsan, imtahandan yüksək nəticə alıb, istədiyin ixtisasa keçə bilərsən. İmtahanda suallar o qədər də çətin deyildi. Əsasən çətin suallar hər fənn üzrə bölüşdürülmüşdü. Repetitor yanına gedirdim, nəyisə bilməyəndə məktəb müəllimlərindən də yardım istəyirdim. Tarix və Coğrafiya fənni üzrə 2 il, digərlərindən isə 1 il hazırlaşmışam”.

Dərs əlaçısı olan Cahan təhsilini Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə ingilis dilində davam etdirmək niyyətindədir. O, bundan əlavə xaricdə təhsil almağı planlaşdırır.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirib. İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III ixtisas qrupu üzrə isə 5 abituriyent (Bakı şəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb, Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.08.2018
Sabahın hava PROQNOZU
18.08.2018
DSX rəisi: Əsas hədəfimiz işğal altında olan ərazilərdə...
17.08.2018
Bakıda “avtobus manyakı” peyda olub – VİDEO
17.08.2018
Azərbaycan Ordusu Qarabağda əməliyyat keçirməyib – RƏSMİ
17.08.2018
İstirahət günlərinin hava proqnozu