Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5564

Digər sorğular

ETSN: Bayıldakı yeni sürüşmə sahəsində 3 ev tamamilə dağılıb

10:59  |    16 May 2018  |   E-mail  |  Çapa göndər


"Ötən gün Bayıldakı yeni sürüşmə sahəsində 3 ev tamamilə dağılıb, 22 qəzalı evin sakinləri isə gecə ilə köçürülüb".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, dünən sürüşən sahə əvvəl sürüşməyə məruz qalan ərazi deyil: "Bu sürüşmə yeni sahədir, burada aşınma gedir. Bunun səbəbi də yüklənmədir, yamac kəsilib, nəticədə də ərazidə təbii aşınma hadisəsi baş verir, çünki dayanıqlılıq yoxdur. Burada 60-70 il əvvəl tikilmiş evlər var".

Ə.Qaralov qeyd edib ki, ərazidə gərginlik davam edir: "Hazırda ərazidə müşahidələr aparılır. Sürüşmə nəticəsində yaranan çatı gözlə görmək olur, təxminən, 4-5 santimetr eni olan çatın, uzunluğunu hələ dəqiq deyə bilmərik. Çat boyu yerləşən evlərdə isə təbii ki, gərginlik qalmaqdadır".

Mütəxəssis qeyd edib ki, hazırda ərazidə bir neçə qurumun əməkdaşı var.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.05.2018
Məşhur klinikada dava: Xəstənin qızı qadın baş həkimi döydü
24.05.2018
Yarım tondan artıq heroinin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
23.05.2018
Amerikalı fotoqrafın nadir görüntüsü: Qartalla tülkü ov üstündə... - Video
23.05.2018
Bakıda avtobusda silahlı insident - DİN rəsmi məlumat yaydı
23.05.2018
“Lotu Quli”nin Rusiyadakı “valisi” saxlanıldı - FOTOLAR