Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5898

Digər sorğular

Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı

09:47  |    16 May 2018  |   E-mail  |  Çapa göndər


Ev, “çörəkpulu”, müalicə problemləri həll olunmayan məcburi köçkünlər “Qaçqınkom”un qarşısına toplaşdılar

Bir qrup məcburi köçkün mayın 15-də Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin qarşısına toplaşıb. Onlar “Qaçqınkom”un qarşısında piket keçirərək, ev tələb ediblər. Köçkünlər illərdir ev problemlərinin həll edilməməsindən narazıdırlar.

Aksiya iştirakçılarından olan Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil deyib ki, maşının içində yatır: “Evim-eşiyim yoxdur. 50 manat pensiya verirlər mənə. Mən maşının içində yatıram. Sənaye Pedaqoji Texnikumunun ”obşejiteli" var, orada yataqxanada bacım qalır, hərdən gedib onun yanında qalıram. Mənim çörəkpulumu vermirlər. Deyirlər sən buranın vətəndaşı deyilsən. Mən Qubadlı qaçqınıyam. Bədənimdə qəlpələr var. 4 dəfə ürəyimdən əməliyyat olunmuşam Almaniyada. Deyirlər sənə çörəkpulu düşmür. Sən varlısan, evin-eşiyin, maşının var".

Müxtəlif bölgələrdən olan bu insanların bəziləri evsizlikdən, bəziləri “çörəkpulu”nun kəsilməsindən, bəziləri isə müavinətlərin dondurulması məsələlərindən şikayətləniblər. Onların bildirməsinə görə, qəbul ayda bir dəfə, ayın 15-də olduğundan komitə önünə toplaşıblar. “Əvvəlcə növbəliliyi təmin etmək üçün siyahı hazırladılar, sonra həmin siyahını bir yana atdılar ki, qaçqın kartları ilə gəlin. Ona görə də burada qarışıqlıq düşdü”, - köçkünlərdən biri deyib.

Köçkünlər eyni zamanda bildiriblər ki, komitə əvvəlki rəhbərlik dönəmində onlara laqeyd münasibət göstərib və problemlərinə başdansovdu yanaşıb: “Verilən cavablar eyni məzmunda və başdansovdudur. Bax, əlimdə 10-a yaxın məktub var, hamısı da qısa və eyni cümlələrdən ibarətdir. Nə olsun, cavab verirlər, problem həllini tapmır. Bizim məqsədimiz məktub yazmaq deyil axı, məktubda qaldırılan problemin həllinə nail olmaqdır”, - başqa bir köçkün deyir.

Onlardan biri də vurğulayır ki, 4 uşaqla yataqxanada 12 kvadratmetrlik otaqda yaşayır. Onun deməsinə görə, neçə illərdir bu barədə müraciətlər etsə də, problemi həll edilmir.

Köçkünlərin deməsinə görə, onlara 22 manat «çörəkpulu» nəzərdə tutulur. Üstəlik, kommunal xidmətlərə görə 36 manat ayrılıb. Bu il bu məbləğ 10 faiz artıb, 40 manata yaxınlaşıb.

Komitənin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev AzadlıqRadiosuna deyib ki, köçkünlərin qarşısına çıxaraq onların şikayətlərini dinləyib. İ.Mirzəyev vurğulayıb ki, heç zaman komitə köçkünlərə laqeyd yanaşmayıb, sadəcə, hamını qəbul etməyə vaxt çatmır. Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, bu vəziyyət aradan qaldırılacaq. “Daha qəbul ayda 1 dəfə yox, 4 dəfə olacaq”, - mətbuat xidmətinin rəhbəri komitə önünə toplaşanlara bildirib.

Belə iddialar da var ki, köçkünlərin “Qaçqınkom”un qarşısına toplaşması sabiq sədr Əli Həsənovun maraqlarına xidmət edir. O, özünün əhəmiyyətli bir fiqur olmasını diqqətə çatdırmaq üçün belə bir aksiyanın meydana gəlməsini təşkil edib. Bu iddiaların nə dərəcədə doğru olması isə bilinmir. Əli Həsənov vəzifəsindən ötən ayın 21-də kənarlaşdırılıb. Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncama əsasən, Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub. Əli Həsənov Dövlət Komitəsinin sədri vəzifəsindən çıxarılsa da, baş nazirin müavini postunda saxlanılıb.

Qeyd edək ki, Rövşən Rzayev Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü olub.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.10.2018
QAZİLƏRİN ŞƏHİDLİYİ - Etimad bundan sonra ruhu ilə döyüş səngərində öz yerini tutacaq
21.10.2018
Qardaş gəl ay qardaş gəl, qarlı dağları aş, gəl... - Şəhid Abbas Behbudov
21.10.2018
86 il əvvəl dünyaya gələn Xəlil Rza Ulutürk
21.10.2018
"Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi
20.10.2018
Prezident onları təltif etdi - Sərəncam