Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5963

Digər sorğular

Azərbaycan qazilərinin Ankara görüşləri başlandı - Foto

01:58  |    16 May 2018  |   E-mail  |  Çapa göndər

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olan qazilərdən, ehtiyatda olan zabitlərdən və hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyəti ilk olaraq Türkiye Müharip Gaziler Derneyinin Mərkəzi Qərargahında oldular.

Bu sahədə iki tərəfli əməkdaşlığın perispektivlərindən, keçirilən görüşlərin əhəmiyyətindən söz açıldı.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Nəcəfov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi polkovnik-leytenant Elşən Qarayev, Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq dəstə komandiri, Azərbaycan bayrağı ordenli ehtiyatda olan polkovnik Hikmət Ağayev, ehtiyatda olan polkovnik, Azərbaycan bayrağı ordenli, Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü Xətai Baxışov, Azərbaycanın Milli Qəhrəmanı, Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçü qaziləri, general Ərdoğan Karakuş, polkovnik Şükrü Tandoğan və digərləri çıxış edərək fikirlərini bölüşdülər.



Görüşdən sonra nümayəndə heyətimiz Türkiyəli qazilərlə birgə qədim Ankara qalasını və digər tarixi məkanları ziyarət etdilər.

Azərbaycan nümayəndə heyətinin Ankara görüşləri davam edir.



525.az
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Rus NATO-su”nda “soyuq müharibə” ruzigarı - Bakının “küləyi” və petrolu...
20.11.2018
Ermənilərin NATO PA-da təxribatı baş tutmadı
20.11.2018
Qənirə Paşayeva Yunanıstan, Yeni Zelandiya, Bəhreyn və Sinqapurun fəal qadınları ilə Qarabağdan danışıb
20.11.2018
Nikol Paşinyan: “Biz Azərbaycana iki Ramil Səfərovu necə qaytaraq”
20.11.2018
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib