Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5833

Digər sorğular

POLKOVNİKƏ 11 MANATLIQ MÜAVİNƏT DƏRSİ -PREZİDENTİN FƏRMANINI “ƏSL KİŞİLƏR” TANIMIR?

20:00  |    14 May 2018  |   E-mail  |  Çapa göndər

Prezidentin 21 aprel 2018 -ci il tarixli sərəncamla yeni hökumətin tərkibini formalaşdırması qaragügüruhun görəvlərindən alınan məmurlara qarşı sosial şəbəkələrdə, basında geninə-boluna “səlib yürüşü”nə yeni təkan verib.

“Yürüşçülərin” sırasında ənənəvi reket nəşrlərdən tutmuş, seçkini boykot edənlərin “hökumətyönlü” saydığı qəzet və saytlar da var. Özəlliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbərliyi güclü “atəş” altındadır. Pensiya-müavinət sistemi olduqca həssas məsələ olduğundan bu ilişgini anlamaq da olar. Böyük Vətən Müharibəsi iştirakçısının dul qalmış həyat yoldaşı olan anam Firuzəbəyim həmişə deyinirdi ki, həmin statusda olan bacısı Zəhrabəyim ondan çox pensiya alır? !...
Heç bir fakta söykənməyən uydurma suçlamaları bir qırağa qoyaq. Acı da olsa, gerçəkdir, belə uydurmalar və qarayaxmalar reket nəşrlərin başlıca iş metodudur . Ünlü hərbi ekspert polkovnik leylenant Üzeyir Cəfərovun “Hürriyyət” qəzetinin 11 May 2018 -ci il tarixli sayında etik normalara sığmayan, aşağılama ritorikası hopmuş fikirləri isə ən azı hüququn, qanunun,prezident fərmanının saxtalaşdırılmasından özgə bir şey deyil. Birincisi, özünə sayğı ilə yanaşan kimsə özgəsini aşağılamaz. İkincisi, hər hansı normativ hüquqi aktı özünə sərf edən formada izah edib ,eldə deyildiyi kimi, gözə kül üfürməz . Üçüncüsü... Fikrimcə, konkret faktlara keçmək çağıdır. Polkovnik -leytenant bildirir ki, Azərbaycan Respublikası Pespublikası Prezidentinin 26 dekabr 2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlər lə əvəz olunmasının təmin edilməsi haqqında “ fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə, Böyük Vətən Müharibəsi əlilləri və iştirakçılarına, 1-ci və 2-ci qrup əlillərə, Qarabağ savaşı veteranlarına ayrılan 11 manat sosial müavinət 2012 -ci ilin mayın 1-dən əsassız və hüquqa zidd olaraq kəsilib. Bu əsassızlığı “Sosial müavinətlər haqqında” qanunun qüvvəyə minməsi ilə həmin Fərmanın qüvvədən düşməməsi ,qanunun geriyə tətbiqinin yolverizməzliyi ilə izah edən “hərbi ekspertin “ və bunu yoxlamadan dərc edən saytın diqqətinə:

1 . Prezidentin 26 dekabr 2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında ” fərmanı 7 bənddən ibarətdir (2 və 3 -cü bəndlər 2006 -ci ildə ləğv edilib) və hamıya 11 manat yox, təkcə Qarabağ savaşı veteranlarına 11 manat müavinət ayrılması qərara alınıb.

2 . Prezidentin 22 yanvar 2007 -ci il tarixli 514 saylı Fərmanı ilə 26 dekabr 2001-ci il tarixli Fərmanının 1-ci bəndinin 6 -cı abzası ( Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə ,...başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə-55 min manat (indiki 11 manat ) qüvvədən düşmüş hesab edilib. Polkovnik leylenantın bu Fərmanı görməzliyə vurması nədən qaynaqlanır?26.12.2001 tarixli 613 saylı Fərmanın Qarabağ və uluslararası (Əfqanıstan və b.) veteranlarına aid hissədə qüvvədən düşməsi 2007 -ci ilin fevralın 1 -dən qərara alınsa da, əsassız olaraq Dövlət Sosial Müdafiə Fondu (DSMF ) 2012 -ci ilin mayına kimi bu müavinəti sözügedən veteranlara ödəyib. Bu isə o deməkdir ki , DSMF Üzeyir Cəfərova kimi veteranlara yox, əksinə veteranlar dövlətə qanunsuz aldıqları 5 ilin pulunu qaytarmalıdır. Yəni Üzeyir Cəfərovun yeni baş naziri və əmək və əhalinin sosial müdafiəsi nazirini “əsl kişiliklə” problemi çözməyə səsləməsi populizmdən və deyərdim şantajdan soraq verir.
3. Üzeyir Cəfərovun qanunu, fərmanı, NK qərarını şəxsi mənafe baxımından izah etməsi, yaxud anlamamsı “müavinət” anlayışı ilə “sosial müavinət “ anlayışını qarışdarmasında da da üzə çıxır. Və etiraf edək ki, bu onun yox, qanunverici orqanın “suçudur”. Yəni “ sosial pensiya “ anlayışı “Sosial müavinət “ anlayışını əvəzləyəndən qarmaqarışıqlığı hərə özünə sərf edən şəkildə yozur. Prezidentin “Əhalinin sosial müdafiəsinin gücləndirilməs ilə bağlı əlavə tədbirlər haqqında “ 22 yanvar 2007 tarixli 514 saylı Fərmanının 1.9 bəndi ilə əmək pensiyası hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə. ... 15 manat sosial müavinət, yəni sosial pensiya müəyyən edilib və hazırda bu məbləğ 50 manatdır. Üzeyir Cəfərovun “ işləyən müharibə veteranlarının sosial müavinətlərinin pensiyaçı veteranlardan 5 dəfə çox olmasını” iddia etməsi də yanlışdır.

Vurğuladığım kimi, qanunvericilikdə işləyən yox,əmək pensiyası hüququ olmayan müharibə veteranları yazılıb və bu da eyni şəxsin dövlətdən iki növ pensiya -həm sosial (müavinət), həm də əmək pensiyası alan bilməzliyi prinsipinə əsaslanır.
Obyektiv, fakta söykənən qınaq basının da, ayrı-ayrı şəxslərin də hüququdur və gərəklidir. Amma olmayan daş və baş karxanasından atılan böhtan və təhqir daşları artıq effektsizdir və başucalığı yox, uzaqbaşı “ reket haqqı” gətirər.

Məğrur Bədəlsoy,
Qarabağ əlili, jurnalist



Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev 4 rayon və şəhərin sakinləri ilə görüşüb
21.09.2018
Sahil Babayev və Orxan Məmmədov memorandum imzalayıblar
19.09.2018
Məişət zorakılığına məruz qalan uşaqlara müxtəlif növ yardım göstərilib
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
15.09.2018
Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb