Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5701

Digər sorğular

Məhkəmədə Məleykə Əsədova Ramiz Məliklə mübahisə edib, yekun qərar elan olunub

16:18  |    14 May 2018  |   E-mail  |  Çapa göndər


Məhkəmə qarşılıqlı apellyasiya şikayətləri üzrə qərar elan edib.

"Report" xəbər verir ki, məhkəmənin qərarına əsasən M.Əsədovanın apellyasiya şikayəti qismən təmin edilib. Qərara görə, R.Məlik M.Əsədov barədə dedikləri ilə bağlı təkzib dərc etməli və ondan M.Əsədovanın xeyrinə 1000 manat tutulmalıdır.

Beləliklə, məhkəmə prosesi başa çatıb.

*** 15:32

Bakı. 14 may. REPORT.AZ/ "Report"un xəbərinə görə, prosesdə xalq artisti Məleykə Əsədova çıxış edib. Xalq artisti bildirib ki, həmkarı onu mətbuatda təhqir edib: "Səkkiz aydır əsəb keçirirəm. Əgər Ramiz müəllim böyüklük göstərsəydi, gəlib mənim "şortik" geyinməyimlə bağlı özümə deyərdi. Lakin o, bu barədə sosial şəbəkədə yayıb. Ramiz Məlik məni mətbuatda alçaldıb, təhqir edib. O hətta mənim ailəmi alçaldıb. Deyib ki, guya mənim anam pozğul olduğu üçün atam onu boşayıb. Mən ailəmin ölüsünə də, dirisinə də hörmət edirəm. Hətta onun ailəsinə də hörmət edirəm. Guya ki, mən onun ailəsini hədələmişəm. Mənim haqda mətbuatda təhqiredici fikir bildirəndən sonra teatrda onun nömrəsini verdilər. Zəng etdim, həyat yoldaşı götürdü. Ona söylədim ki, Ramiz müəllim getsin öz ailəsi ilə məşğul olsun. Onları hədələməmişəm. Vəkili deyir ki, Ramiz Məlikin ailəsini təhqir etmişəm. Əgər belədirsə, səs yazısını çıxarın ortaya".

M.Əsədovanın vəkili Ceyhun Yusifov da çıxışında bildirib ki, R.Məlikdən 200 min manat təzminatın tutulmasını və mətbuatda təkzib verməsini istəyib.

R.Məlik isə çıxışında deyib ki, evdə olmayan zaman M.Əsədova zəng edib, ailəsini təhqir edib: "Hətta söyləyib ki, qız nəvəmi də oğurlatdıracaq".

M.Əsədova isə onun dedikləri ilə razı olmadığını, R.Məlikin yalan danışdığını qeyd edib: "Yalansa Allah sənin evini yıxsın".

R.Məlik bildirib ki, daha əvvəl M.Əsədovadan üzr istəyib: "Mənim onun haqda dediklərim yadımda deyil. Həmin zaman hirsli olmuşam. Sonra mətbuatda üzr də istədim. Buna görə hətta məni qınadılar da. Məleykə Əsədova evə zəng edəndən sonra həyat yoldaşımın halı pisləşdi. Həmin zaman da jurnalistlərdən biri zəng etdi. Nə dediyimi bilməmişəm".

R.Məlikin vəkili Türkel Süleymanlı çıxışında söyləyib ki, müvəkkili heç bir KİV-ə müsahibə verməyib. O, qarşı tərəfin iddiasının təmin edilməməsini istəyib.

Məhkəmə iclası davam etdirilir.

*** 14:55

Bakı. 14 may. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilir.

"Report"un xəbərinə görə, hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə xalq artisti Məleykə Əsədova və xalq artisti Ramiz Məlikin özlərinin də iştirak etdiyi elan olunub.

Hazırda məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Azərbaycan kino sənətinin unudulmaz siması: Ramiz Əzizbəyli - 70
17.07.2018
Efirdə əlbəyaxa dava edən aşıqlar barışdı - Video
13.07.2018
“Səhra həkimləri” sənədli filminin təqdimatı keçirilib -FOTOLAR
12.07.2018
Azərbaycan mədəniyyəti ilə bağlı daha bir addım-İsveçdə
08.07.2018
Sözüm yenə də Mədəniyyət Nazirliyinədir! - Təklifim var...