Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5833

Digər sorğular

Xanım başçının döydürdüyü qazi evinə od vurdu - VİDEO

12:25  |    12 May 2018  |   E-mail  |  Çapa göndər

''Cənab prezident, üç gün ərzində səsimə səs verməsəniz özümü qaz borusundan asacam.

Mən korrupsiyaya yox deyirəm. 214 manat dövlətdən pensiya alıram, bunu da İradə Gülməmmədovanın qoçularına verməliyəm?''. Criminal.az-ın məlumatına görə, bu sözləri icra hakimiyyətinin əməkdaşları tərəfindən döyüldüyünü iddia edən Qarabağ qazisi Fuad Əkbərov elə müsahibə verdiyi Kanal13-ün kamerası önündə evinə od vurub.

Evinə od vurmamışdan əvvəl F.Əkbərov bildirib ki, bu gün saat 12 radələrində Abşeron rayon İcra Hakimiyyətinin qoçuları onu döyərək evini dağıdıblar: ''Başda Baba adlı şəxs olmaqla polisin gözləri qarşısında məni bu hala saldılar. Bu ona görə baş verdi ki, razılaşmalısan. Əlimdə dövlətin verdiyi kupça var, amma pul tələb edirlər. Onlara əhəmiyyət vermədim deyə məni döyüb evi dağıtdılar. Etirazımı necə edə bilərəm? Bu mənim mənzilimdi, bunu benzin tökərək yandıra bilərəm. Mən belə quruluşa yox deyirəm. Mən korrupsiyaya yox deyirəm. Mən 214 manat pensiya alıram. Bunu necə sizə verə bilərəm. Amma İradə Gülməmmədovanın qocuları istəyir''.

Sözünü deyib bitirən F.Əkbərov sonra evə benzin tökərək o vurub.
">
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
14.09.2018
Elmar Vəliyev oğlu ilə restoranda
14.09.2018
İmam Hüseyn (ə.s.) məktəbinin sirri, fəlsəfəsi, estetikası və əxlaqı barədə
25.08.2018
"Lotu Quli"dən Afaq Aslanla bağlı paylaşım - FOTO
23.08.2018
Rəsulzadənin məktubları və fotoları sərgilənəcək
21.08.2018
Məhərrəm ayının başlama vaxtı açıqlanıb