Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5569

Digər sorğular

Azərbaycan ədəbiyyatı Avropanın mərkəzi kitabxanalarında

16:18  |    08 May 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələri çərçivəsində bu il Almaniyada işıq üzü görmüş

“Sirr” (Azərbaycan hekayələri) kitabı bir sıra Avropa ölkələri kitabxanalarına yerləşdirilib.

Bu barədə Azərbaycan Tərcümə Mərkəzindən QAZİLER.AZ saytına daxil olan məlumatda deyilir.

Müasir Azərbaycan nəsrinin mənzərəsini əks etdirən kitabın nüsxələri Almaniyanın Berlin, Boxum, Bamberq, Yena, Frayburq, Halle universitetlərinin kitabxanaları, Berlin Ədəbiyyat və İncəsənət araşdırmaları Mərkəzinin kitabxanası, Münhen Şərqi Avropa İnstitutu kitabxanası, Vyana Universiteti kitabxanası, İnnsburq, Qrats, Zaltsburq şəhər kitabxanaları, İsveçrənin Sürix və Bazel şəhərlərinin Mərkəzi kitabxanaları, Bern Universitetinin kitabxanası, Lüksemburq Universiteti kitabxanası, eləcə də Lixtenşteyn Mədəniyyət İdarəsi kitabxanalar şəbəkəsində yer alıb.

Qeyd edək ki, kitaba Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı kimi ədəbi simaların əsərlərinin toplandığı kitabı alman dilinə alman və avstriyalı tərcüməçilər – Luts Engel, Helqa Pabl, Sena Doqan, Hilda Tanik, Marion Kubin-Semyonova, Valtraut və Volfram Şröderlər çevirib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
27.05.2018
Prezident Qarabağ qazisinə fəxri ad verdi
27.05.2018
"Diriliş Ertuğrul"un aktyoru dünyasını dəyişdi
27.05.2018
Emin Ağalarova “Xalq artisti” adı verildi
27.05.2018
Mədəniyyət xadimlərinə fəxri adlar verilib - SİYAHI
24.05.2018
Yaşasaydı 70 yaşı olacaqdı