Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5965

Digər sorğular

Uludağ Universitetinin rektoru UNEC-də - FOTO

19:54  |    07 May 2018  |   E-mail  |  Çapa göndər


Türkiyənin Uludağ Universitetinin rektoru, professor Yusuf Ulcayın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-ə səfər edib.

Qaziler.az xəbər verir ki, səfərdən öncə qonaqlar Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüblər. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla yad ediblər.

Rektor, professor Ədalət Muradovla görüşdə hər iki universitet arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Uludağ Universiteti ilə UNEC arasında maliyyə və biznesin idarəedilməsi ixtisaslarında magistratura pilləsi üzrə ikili diplom proqramının icrasından irəli gələn məsələlər müzakirə edilib, müəllim və tələbə mübadiləsinin önəmi vurğulanıb. Tərəflər təhsilin doktoranturda pilləsində mübadilənin mümkünlüyü istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşdən sonra professor Yusuf Ulcay UNEC-in Heydər Əliyevin irsinin öyrənilməsi mərkəzində ulu öndərin fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarət edib. UNEC-in imtahan zalı, auditoriyaları və kitabxanasına baxış keçirən rektor Elektron Universitet Modelini yüksək qiymətləndirib. O, təhsildə müasir texnologiyaların tətbiqini tədrisin keyfiyyətinin yüksəldilməsində önəmli amil adlandırıb.

Tələbələrlə görüşən Uludağ Universitetinin rektoru Radio UNEC-in canlı efirində də qonaq olub.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Abel Məhərrəmov haqqında yazılanlardan DANIŞDI: “...şərəflə, ləyaqətlə işləmişəm”
21.11.2018
Sabahın hava PROQNOZU - YAĞIŞ YAĞACAQ
21.11.2018
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
21.11.2018
Abel Məhərrəmovun milyonluq mülklərinin - Siyahısı
20.11.2018
Partlayış olan binanın sakinləri harda qalacaq? - İcra başçısının müavini açıqladı