Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5702

Digər sorğular

Fuad Poladovla vida... - Foto

14:56  |    05 May 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycanın xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.

Kult.az xəbər verir ki, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində xalq artistinin yaxınları, teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Mərhum öz vəsiyyətinə görə "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, xalq artisti uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında dünyasını dəyişib.

***

Fuad Poladovun ölümü Azərbaycan incəsənəti üçün nəhəng itkidir.

Bu sözləri Fuad Poladovla vida mərasimində iştirak edən Əməkdar artist Almaz Mustafayeva deyib.

A.Mustafayeva bu böyük itkini ifadə edəcək söz tapmadığını bildirib:

“Biz Fuadla bir müddət televiziyanın Uşaq Proqramları redaksiyasında işləmişik, onunla qonşu olmuşuq. Axırıncı dəfə “Nizami” kinoteatrında görüşdük. Yoldaşı ilə gəlmişdi. Bu bizim sonuncu görüşümüz oldu. Çox təəssüf, söz tapmıram deməyə. Fuad Poladovun ölümü Azərbaycan kinoteratrı, incəsənətinə nəhəng bir itkidir. O, adı böyük hərflərlə yazılan aktyor idi”.

***

Fuad Poladov bir aktyor kimi mənim üçün örnək olub.

Bu sözləri Fuad Poladovla vida mərasimində çıxış edən Xalq artisti Fəxrəddin Manafov deyib.

Göz yaşlarına hakim ola bilməyən xalq artisti hər zaman Fuad Poladovun bu ağır xəstəlikdən sağalacağı möcüzəsinə inandığını deyib:

"İnsan qəribə məxluqdur, gözləyə-gözləyə nağıla inanırıq. Elə bilirik ki, möcüzə olacaq, amma bu dəfə olmadı. Bu nağıl baş tutmadı. Fuad Poladov bir aktyor kimi mənim üçün örnək idi, bunu özünə də demişdim. Allah rəhmət eləsin".

***

Dostumu və böyük sənətkarı itirmişəm, danışmaq ağırdır.

Bu fikirləri Fuad Poladovla vida mərasimində iştirak edən xalq artisti Rasim Balayev deyib.

“Fuad Poladov Azərbaycan kino və teatrının sütunlardan biri idi. Bu gün biz o sütunlardan birini itirdik. O, çox zəhmətkeş aktyor idi, onun sənət yolunda ağlasığmaz əziyyətləri vardı. Şəxsiyyət kimi də böyük insan idi. Sənət aləmində öz şəxsiyyəti ilə bəzi ağzıgöyçəklərin cavabını verə bilən insan idi! Onun haqqında keçmiş zamanda danışmaq çətindir. Bu sənətə meyili olan və aktyor olmaq istəyən insanlar Fuad Poladov məktəbindən çox şey öyrənəcək. Allah rəhmət eləsin”, - Balayev deyib.

***

Xalq artisti Afaq Bəşirqızı mərhumla sonuncu dəfə bir ay əvvəl danışdığını deyib:

“Hər bir suala cavab vermək mümkündür, amma Azərbaycan mədəniyyətinin bu qədər itkilər verməsinə heç bir cavab vermək olmur. Başımız sağ olsun”.

***

Xalq artisti Fuad Poladovla vida mərasimi başa çatıb.

Onun nəşi yaşadığı evdən çıxarılaraq dəfn olunmaq üçün "Qurd qapısı" qəbristanlığına aparılıb. Xalq artistinin cənazəsi alqışlarla yola salınıb.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Azərbaycan kino sənətinin unudulmaz siması: Ramiz Əzizbəyli - 70
17.07.2018
Efirdə əlbəyaxa dava edən aşıqlar barışdı - Video
13.07.2018
“Səhra həkimləri” sənədli filminin təqdimatı keçirilib -FOTOLAR
12.07.2018
Azərbaycan mədəniyyəti ilə bağlı daha bir addım-İsveçdə
08.07.2018
Sözüm yenə də Mədəniyyət Nazirliyinədir! - Təklifim var...