Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5949

Digər sorğular

Fevral şəhidimizin təntənəli şəkildə doğum günü keçirildi - FOTOLAR

01:18  |    04 May 2018  |   E-mail  |  Çapa göndər

Bu gün Atatürk Mərkəzində Şəhid əsgərimiz Zakir Nazim oğlu Cəfərovun doğum günü təntənəli şəkildə qeyd olunub.

Tədbirdə şəhidimizin yaxınları, şəhid ailələri və şəhidimizin müəllimləri iştirak ediblər. Tədbir iştirakçıları 22 yaşı tamam olan şəhidimiz haqda onun uşaqlığından və döyüş yolundan söhbət açıblar.

Şəhidimizin anası Kəmalə xanım belə gündə onu tək qoymayan insanlara öz minnətdarlığını bildirib: “Zakirin doğum günündə onu sayıb gələn hər bir kəsə öz minnətdarlığımı bildirirəm. O, şəhid olana qədər mənim oğlum idi, indi isə vətənin oğludur. Burda bizim şəhid ailələrimiz də iştirak edir. Hamınız var olun. Zakir həmişə mənim başımı uca elədi. Hamıya minnətdaram”.

Xatırladaq ki, Zakir Cəfərov 1996-cı il mayın 3-də Bakı şəhərində anadan olub. Nizami rayon 201 saylı orta məktəbi bitirib. Azərbaycan Memarlıq və İnşaat kollecində təhsil alıb. 2016-cı il yanvar ayının 7-də hərbi xidmətə yollanıb. Beyləqan rayonunda xidmətə başlayıb. Zakir sonradan xidmətini davam etdirmək üçün Xocavənd rayon Qaradağlı kəndində yollanıb.

2017-ci il fevralın 24-dən 25-nə keçən gecə qoşunların Füzuli-Xocavənd istiqamətində düşmənin hücumunun qarşısını alarkən, beş hərbçimiz: mayor Aqşin Abdullayev, kapitan Şahlar Nəzərov, baş-leytenant Tural Həşimli, gizir Zülfi Qədimov və əsgər Zakir Cəfərov qəhrəmancasına şəhid olublar. Neytral ərazidə qalan şəhidlərimizin nəşi fevralın 28-də həmin ərazidən götürülərək böyük izdihamla dəfn edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Moderator.az
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Anjey Kaspşik cəbhə xəttində növbəti monitorinq keçirib
14.11.2018
Atəşkəs 29 dəfə pozulub
13.11.2018
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
13.11.2018
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12.11.2018
Düşmənə seçki sürprizi, Astana fiaskosu, Bakının gizli “əli”