Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5965

Digər sorğular

“Ermənistanın hələ də Türkiyəyə qarşı ərazi iddiası var” - POLİTOLOQ

02:17  |    02 May 2018  |   E-mail  |  Çapa göndər

Qaziler.az Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayılın Axar.az saytına müsahibəsini təqdim edir:

- Paşinyan baş nazir seçilsə, Türkiyə ilə 2009-cu ildə imzalanmış Sürix protokollarını yenidən müzakiyə çıxara bilərmi?

- Paşinyanın baş nazir seçilməsi ilə Türkiyədə 2009-cu ildə imzalanmış Sürix protokollarının yenidən müzakirəyə çıxarılması Ermənistan tərəfindən imkansızdır. Çünki Ermənistan Ana Yasa məhkəməsi bu protokolların Konstitusiyaya uyğun olmadığı üçün maddələrini dəyişmiş və dolayısı ilə ləğv etmişdir. Yəni bu məsələ ona görə artıq bağlanıb. Ermənistan birtərəfli olaraq, protokolların keçərli olmadığını bildirib. Bu protokollar hələ də Türkiyə Böyük Millət Məclisində gündəmdədir. Amma Ermənistan tərəfi ləğv etdiyi üçün bu gün bu, hər hansı bir əhəmiyyət daşımır. Ona görə də belə bir hadisənin baş verəcəyini düşünmürəm. Türkiyə və Ermənistanın əlaqələri əsas etibarı ilə əvvəlki kimi davam edəcəkdir.

- Yəni, Paşinyanın seçilməsi Türkiyənin Ermənistanla münasibətlərinə heç bir təsir göstərməyəcək...

- Ermənistan tərəfindən aparılan siyasətdə milliyyətçilik əsas aparıcı qüvvə olduğu üçün Paşinyanın Ermənistan siyasətinə yeni bir şey gətirəcəyini düşünmürəm. Həmçinin, Ermənistanın Konstitusiyasında hələ də Türkiyəyə qarşı ərazi iddiaları var. Bu məsələləri birmənalı şəkildə qeyd etməliyik ki, Ermənistan Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkənə də oxşamır. Digər tərəfdən, Ermənistan dövləti Qars və Moskva anlaşmalarını da rəsmi olaraq tanıdığını bəyan etməyib. Yəni ərazi iddiaları Türkiyəyə qarşı davam edir. Unutmaq olmaz ki, Ermənistan bu gün Azərbaycan torpaqlarının 20%-dən çoxunu işğal edib və atəşkəs rejiminin olmasına baxmayaraq, cəbhədə tez-tez gərginlik yaratmaqdan çəkinmir.

- Türkiyə və Azərbaycan arasında yaxın vaxtlarda hərbi-strateji müttəfiqlik gündəmə gələ bilərmi?

- Əlbəttə, Azərbaycan və Türkiyə arasında hərbi sahədə də çox ciddi anlaşma lazımdır. Ermənistan ən yaxın müttəfiqi olan Rusiya ilə çox ciddi hərbi razılaşmalara imza atıb. Eyni zamanda, KTMT çərçivəsində də Rusiya ilə müttəfiqdir. Rusiya ayrıca bir anlaşma imzalayaraq, üçüncü ölkənin Ermənistana hücumu zamanı işbirliyi məsələsini də gündəmə gətirib. Düşünürəm ki, yeni prezidentlik dönəmlərində Prezident Ərdoğan və Prezident Əliyev bu məsələləri müzakirə edəcəklər.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Salman Alıoğlu: “ Həmin vertolyotda Tamerlan Qarayev də ola bilərdi, amma...”
12.11.2018
Vahid Əhmədov: “Manatın məzənnəsi saxlanılacaq” - Müsahibə
09.11.2018
“10 ildir, pulsuz işləyirəm...” - MİA-ın baş redaktoruyla müsahibə
04.11.2018
“Bəziləri bunu xoşlamır, amma mən irqçiyəm, türkçüyəm, türk oğlu türkəm” - Mübariz Məsimov
02.11.2018
“Zeynal müəllim dedi ki, bu, anadangəlmə diplomatdır” – Elmar Məmmədyarovun atası - MÜSAHİBƏ