Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5705

Digər sorğular

Qarabağ qaziləri hərbi həkimə diplom verdilər - LƏNKƏRANDA

12:54  |    30 Aprel 2018  |   E-mail  |  Çapa göndər

“Qarabağ Qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri tərəfindən hərbi həkim, Əfqanıstan və Qarabağ müharibəsinin od-alovundan keçən, uzun illər yaralı əsgər və zabitlərimizin sağlamlıqlarının keşiyində dayanan həkim-cərrah, tibb xidməti polkovniki Sadir Qulamovu diplomla təltif ediblər.

QAZİLER.AZ saytı xəbər verir ki, Ehtiyatda olan polkovnik S.Qulamov hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasında çalışır. Diplomu təqdim etmək üçün keçmiş döyüşçülər “Qarabağ Qaziləri” ictimai birliyinin sədri Etimad Əsədov, Azərbaycanın Milli Qəhrəmanı Fred Asif adına İnkişaf Fondunun rəhbəri Ədalət Məhərrəmov, birliyin Nəzarət Təftiş Komitəsinin sədri, Azərbaycan Bayrağı ordeni ilə təltif olunmuş Mirsahib Alıyev, həmin komitənin üzvü Rafiq Kərimov və QAZİLER.AZ saytının baş redaktoru Rey Kərimoğlu Lənkəran şəhərində olublar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasında kollektivlə görüşüblər.



Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü səmərəli fəaliyyət sayəsində ölkəmizdə səhiyyədə də ciddi uğurlar əldə edilməsindən, tibb işçilərinin müharibə dövründə gördüyü işlərdən danışıb. O, kollektivdə çalışan həkim S.Qulamova dəyər verdikləri üçün “Qarabağ Qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin rəhbərliyinə təşəkkür edib.



“Qarabağ Qaziləri” ictimai birliyinin sədri Etimad Əsədov çıxış edərək bildirib ki, Qarabağ müharibəsində həkimlərimizin xidməti əvəzsizdir: “Əslində bizi ölümün caynağından xilas edən həkimlərimizin xidmətinin dəyərini vermək mümkün deyil. Biz Qarabağ qaziləri bu dünyada sağ qalmağımıza görə göydə Allaha, yerdə isə həkimlərə minnətdarıq, onlara borcluyuq! Onlar bizi yenidən həyata qaytarıb! Və bunun qarşılığında onlar üçün biz nə etsək azdır. Sözsüz ki, hər bir yaxşı əməlin, xeyirxah işin təşəkkür, minnətdarlıq borcu da olmalıdır. Biz “Qarabağ Qaziləri” İctimai Birliyi və “Vətən Müharibəsi Əlilləri” birlikləri bu məqsədlə ötən ildən belə insanları, o cümlədən, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanaraq əlil olmuş Qazilərə göstərdikləri nümunəvi tibbi xidmətə görə diplomlarla təltif etmək qərarına gəlmişik. Növbəti diplomu isə Sadir Qulmova təqdim edirik.”

Çıxışını bitirən E.Əasədov diplomu çalışdığı kollektivin qarşısında S.Qulamova təqdim edib.

S.Qulamov çıxış edərək onu verilən bu dəyərə görə hər iki təşkilatın rəhbərliyinə minnətdarlığını bildirib.

QAZİLER.AZ





Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.07.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin iştirakı ilə seminar keçirib
22.07.2018
Daha bir Qarabağ qazisi vəfat etdi - GÖYÇAYDA
21.07.2018
Bakı metrosundan istifadə edənlərin sayı 118 milyondur?
20.07.2018
Sahil Babayev 5 rayonun sakinləri ilə görüşdü - Foto
20.07.2018
2019-2023-cü illərdə Azərbaycanda sosial xidmətin inkişafı ilə bağlı konsepsiya hazırlanacaq