Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5772

Digər sorğular

Türkiyənin müasir döyüş maşınları - VİDEO

16:40  |    26 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Türkiyənin zirehli döyüş maşınları artıq 30-dan çox ölkənin, xüsusilə də NATO və BMT güclərinin arsenalına daxil edilib.

Silahlı Qüvvələrimizin də arsenalında olan “Cobra” tipli zirehli döyüş maşını mina partlayışlarına daha davamlı olmaqla yüksək hərəkət imkanlarına malikdir.

Azərbaycan da daxil olmaqla artıq bir neçə ölkənin arsenalına daxil edilən “Cobra” döyüş maşınının təkmilləşdirilməsi ilə yaradılan “Cobra-2” mina partlayışlarından qorumalı olmaqla daha yüksək ballistik müdafiəyə malikdir.

Türkiyənin təkmilləşdirilmiş Cobra-2 zirehli döyüş maşınının sürücü və komandir də daxil olmaqla 9 heyət üzvü var. COBRA-2 yüksək hərəkət və daşıma qabiliyyəti ilə də diqqət çəkir. Cobra zirehli döyüş maşınının üzərinə iriçaplı silah sistemləri, istənilən döyüş modulu, tank əleyhinə idarə olunan raketlər yerləşdirilə bilir.

Onun “Üçox” adlandırılan tam yeni və mükəmməl silah sistemi məsafədən idarə olunur. Nişangahın termal və vizual kamerası, lazer məsafəölçən cihazı var. 12.7 mm, 7.62 mm çaplı pulemyotlarla 40 mmlik qumbaraatanla və ya tankəleyhinə raketlərlə silahlana bilən “Cobra” elektron visual baxışlı nişangaha malikdir.

4x4 təkər formullu, dizel mühərrikli döyüş maşınının çəkisi 12 ton olan Cobra 1 metr dərinliyində xəndəyi rahat dəf edə bilir. Onun 6 silindirlik güclü dizel mühərriki, 6 pilləli avtomatik sürət ötürmə qutusu var. 200 litr tutumlu olan yanacaq çəni olan zirehli maşın saatda 110 kilometr sürətlə hərəkət edə bilir. Yüksək sürətə malik olan zirehli maşın keçilməz yerlərdə rahatlıqla hərəkət edir. Təkərlərini avtomatik olaraq doldurub boşaltma sistemi olan Cobra istənilən su hövzəsini də rahat üzüb keçə bilir.

ARMA - zirehli döyüş maşını yüksək hərəkət, müdafiə və döyüş qabiliyyətinə görə öz oxşarlarının çoxunu geridə qoyur. Mina partlayışına qarşı davamlı gövdəsi və qorumalı oturacaqları olan ARMA partlayan təkərlərini şişirərək hərəkəti davam etdirə bilir. Ballistik və mina qorumalı döyüş maşını yüksək atəş gücünə malikdir.

Zirehli maşının Türkiyə istehsalı olan “Mızrak” tipli qüllə sistemi kabinədəki döyüş postundan idarə olunan dəqiq və böyük döyüş gücünə malik olan silah sistemidir. Təyinatı üzrə fərqli silah və qüllə sistemləri ilə təchiz oluna bilən ARMAnın tutumu sürücü və komandir də daxil olmaqla 12 nəfərdir.

Zirehli döyüş maşınının döyüş kütləsi 18 tondur. 2.6 m dərinliyində xəndəyi, 1 metr hündürlüyündə maneəni dəf edə bilir. Tutumuna görə tam bir manqanı daşıya bilən, döyüş meydanına atdığı bu manqaya yüksək atəş dəstəyi verə bilən ARMA çoxtəyinatlı olmaqla, kəşfiyyat, tibbi yardım və başqa təyinatlar üzrə də istifadə oluna bilər. Hər cür relyefə malik ərazidə, keçilməz yerlərdə hərəkət edə bilən ARMA öz amfibiya qabiliyyəti ilə su maneələrini də rahat dəf edir. Suda onun sürəti saatda 8 kilometrdir. Döyüş kütləsi 24 ton olan ARMA-nın 7 pilləli avtomat sürətötürmə qutusu, 400 litr yanaçaq tutumlu çəni var.

Altay tankı - ilk dəfə 2011-ci ildə İstanbulda keçirilən İDEF müdafiə sənayesi sərgisində nümayiş olundu. O vaxt mənim də iştirak etdiyim həmin sərgidə Altayın texniki-taktiki xüsusiyyətləri tam açıqlanmadı. Amma onda Türkiyə mühəndisləri bir neçə il ərzində tam özlərinə məxsus, milli tanklarını hazırlayıb sərgiləməklə hamını heyrətə gətirə bildilər. Altay tankı Türkiyə Qurtuluş savaşında 5-ci ordu komandanı olan Fahrettin Altayın şərəfinə belə adlandırılıb. Fahrettin Altaya isə bu soyadı Mustafa Kamal Atatürk özü verib. Altayı hazırlayan Otokar şirkəti ilk türk tankının döyüş imkanları ilə maraqlananlara onun müxtəlif relyefli ərazilərdə və hava şəraitində sınaqları zamanı lentə alınan indi bizim də göstərdiyimiz bu qısa filmi təqdim ediblər....

“Altay”ın texniki-taktiki xüsusiyyətlərini sərgiləyən bu çəkilişlərdə onun hərəkət, manevr imkanları aydın görünür. Bu gün dünyanın tank armadasında hər birinin öz yeri olan tanklardan ən məşhurları, Leopard və Abramsla belə rəqabətə girən Altay tankının taktiki-texniki xüsusiyyətləri... “Altay”ın döyüş kütləsi 65 ton, heyəti 4 nəfərdir - tank komandiri, nişançı, sürücü və doldurucu. Türkiyənin Roketsan şirkətinin hazırladığı yüksək müdafiəyə, partlayış və mərmiyə davamlı zirehə malikdir. Türk mühəndislərin onun gövdəsini daha davamlı zirehdən hazırlaması tankın 65 tonluq çəkisində də özünü göstərir. Bu zirehin konkret olaraq tipi və hansı materiallardan olması hələ ki, açıqlanmır.

“Altay”ın Türkiyə Makina və Kimya Sənayesinin istehsal etdiyi 120 mmlik, 55 kalibrli topunun 57 mərmi ehtiyatı var. Altayın 120 mmlik topundan 3 kilometrə sərrast atəş açmaq mümkündür. Türk konstruktorlarının hazırladığı Altay tankı sınaq atışlarında yüksək döyüş nəticələri nümayiş etdirib. 3 kilometr məsafədəki şərti düşmən hədəflərinə açılan on atışdan 8-i dəqiqliklə hədəfləri onluqdan məhv edib. Bu cür sərrastlıqla Altay öz analoqlarını çox geridə qoyur. Tankın silahlanmasına 12.7 mmlik pulemyot da daxil edilib. 1500 at gücünə malik dizel mühərriki olan Altay şosse yolda saatda 70 kilometr sürətlə hərəkət edir.

Ölkəmizdə keçirilən ADEX silah sərgisində Türkiyəli mütəxəssislərdən aldığım məlumata görə 2014-cü ilin sonuna qədər Türkiyənin Tümosan şirkəti tərəfindən Altayın özünə məxsus 1800 at gücünə malik mükəmməl mühərriki hazırlanacaq. Altay tankı 1 metr qalınlığında divarı, 2.8 metr dərinliyində xəndəyi, 1.2 metr dərinliyində su hövzəsini keçə bilir. Altay tankının bütün sürüş və atış testləri tamamlanaraq xüsusi nümunələri əsaslı sınaq üçün Türkiyə Silahlı qüvvələrinin ixtiyarına verilib. Seriyalı istehsalı bu ilin sonuna planlaşdırılan bir Altay tankı 6 milyon dollara başa gəlir. Amerikanın dünyaca məşhur Abrams tankının dəyərinin 9 milyon dollar olmasını xatırlatsaq, Altayın o qədər də baha başa gəlmədiyi bəlli olar.

Türkiyənin ilk tırtıllı piyadaların döyüş maşını – “Tulpar”dır. Türk mühəndislərinin hazırladığı bütün kəşf və mülkiyyət haqları ilə tamamən Türkiyəyə aid PDM-dir. Tanklara dəstək üçün nəzərdə tutulan bu döyüş maşınını hazırlamaqda mütəxəssislərin məqsədi Türkiyə silahlı qüvvələrinin xaricdən asılılığını tam aradan qaldırmaqdır.

Adını Manas dastanındakı döyüşçüləri qoruyan əfsanəvi qanadlı atdan alan “Tulpar” müasir ölçülərə uyğun bu cür maşınlara aid bütün yüksək döyüş imkanlarına, üstün hərəkət qabiliyyətinə sahibdir.

Bu döyüş maşınının oxşarı olmasa da o hazırlanarkən NATO ordularında olan müxtəlif zirehli döyüş maşınlarının ən üstün cəhətləri nəzərə alınıb. Müharibə meydanında ən sərt iqlim, ağır ərazi şərtlərində döyüşmək qabiliyyəti verilən “Tulpar” tamam fərqli, yeni, mina partlayışı və raket atışlarına belə davamlı zirehlə təchiz olunub. Ballistik və mina qorumalı döyüş maşını yüksək atəş gücünə malikdir.

Zirehli döyüş maşınının ağırlığı 32 ton, şassi yolda sürəti saatda 90 kilometrdir. 2.6 m dərinliyində xəndəyi, 0.8 metr hündürlüyündə maneəni dəf edə bilir. Tutumuna görə tam bir manqanı daşıya bilən və döyüş meydanına atdığı manqaya yüksək atəş dəstəyi verən “Tulpar” çoxtəyinatlı olmaqla, kəşfiyyat, tibbi yardım və başqa təyinatlar üzrə də istifadə oluna bilər…

Real.TV

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.08.2018
“O qədər qudurmuşam ki, şəhid anasını diz çökdürüm?” – Manaf Ağayev əsəbiləşdi
21.08.2018
Rusiya Ermənistanda silah istehsal edəcək – RƏSMİ
21.08.2018
Köhnə rejimin nümayəndələri Paşinyana qarşı revanşa qalxır - Ermənistanda sular durulmur
21.08.2018
Türkiyə və Rusiya dolları S-400 ilə “vurur”
21.08.2018
Tramp Həsən Ruhani ilə görüşə hazır olduğunu bildirib