Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5569

Digər sorğular

Yeni metrostansiyada liftlər olacaq - VİDEO

12:04  |    26 Aprel 2018  |   E-mail  |  Çapa göndər


"Papanin"də tikilən stansiyanın gələn il istifadəyə verilməsi planlaşdırılır

Bakıda “Papanin” deyilən ərazidə yeni metrostansiya tikilir. Yeni metrostansiya 3 hektar ərazidə inşa olunur. Bu metrostansiyanın digərlərindən fərqi odur ki, platformanın uzunluğu 144 metr nəzərdə tutulub.

Adı məlum olmayan hələlik şərti adı “B-3” olan yeni metrostansiyada 17 eskalator və 3 lift olacaq.

Liftlər, fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulub.

İlk olaraq 5 vaqonluq qatarlar xəttə buraxılacaq, sonradan isə 7 vaqonluq qatarlar sərnişinlərə xidmət edəcək.

2012-ci ildən tikintisinə başlanan metrostansiyanın nə vaxt açılacağına gəlincə, metropoliten rəsmisi Nəsimi Paşayev bildirdi ki, bu il istifadəyə verilməyəcək, növbəti ildə istifadəyə verilməsi planlaşdırılır.

Bakının metro xətlərində baş verəcək ən maraqlı dəyişikliklər “Bənövşəyi xətt”lə bağlıdır. Başlanğıcını Bakı Beynəlxalq Avtovağzalından götürən xətt bütün paytaxtı keçərək “Qaraçuxur” qəsəbəsinədək uzanacaq.

Bu xəttin digər özəlliyi onun şəhərin lap mərkəzindən keçməsidir ki, nəticədə paytaxtın bu ərazilərində sərnişin daşımaları qat-qat asanlaşmalıdır.

“Bənövşəyi xətt”in ilk stansiyası Bakı Beynəlxalq Avtovağzalında olacaq. Yeni metrostansiya da bu xəttin davamı olaraq tikilən metrostansiyadır.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
28.05.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur
27.05.2018
Sabaha olan HAVA PROQNOZU
27.05.2018
Prezidentin oğlu məzun oldu - FOTO
26.05.2018
Ombudsman əfv sərəncamı ilə bağlı məlumat yaydı
25.05.2018
Təlimlə bağlı YENİ XƏBƏR