Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5772

Digər sorğular

Akopyan “Yekrpara” vitse-prezidentini öldürtdürdü

19:21  |    24 Aprel 2018  |   E-mail  |  Çapa göndər

Ermənistanın Eçmiədzin şəhərində “Yerkrapa” Müharibə Könüllüləri İttifaqının vitse-prezidenti Nver Ovanisyana qarşı sui-qəsd təşkil olunub.

Axar.az xəbər verir ki, dünən 18:55 radələrində döş qəfəsindən aldığı bıçaq yarası ilə xəstəxanaya çatdırılan Ovanisyanın həyatını xilas etmək mümkün olmayıb. Onu şəhərdə Serj Sərkisyanın istefası tələbi keçirilən nümayişlərdə iştirak edən etirazçılardan birinin bıçaqladığı iddia olunub.

Eçmiədzin meriyasında “Yerkrapa” Müharibə Könüllüləri İttifaqının vitse-prezidentinin öldürülməsində keçmiş deputat Akop Akopyanın adamlarını ittiham ediblər.

Eçmiədzin meriyasının mətbuat xidmətinin rəhbəri Məryəm Poqosyanın sözlərinə görə, sui-qəsd hadisəsi Serj Sərkisyanın istefasından bir neçə saat sonra, şəhərdə artıq nümayişlər qalmadığı vaxtda baş tutub. Buna görə də Ovanisyanı mitinq iştirakçısının öldürməsi xəbəri həqiqəti əks etdirə bilməz.

“Təxribatçı qrupa keçmiş deputat Akop Akopyan rəhbərlik edirdi. Onlar təxribat etmək istəyirdilər, qeyri-qanuni çağırışlarla çıxış edirdilər, insanları qanunsuz əməllərə təşviq etmək istəyirdilər ki, daha sonra onları döysünlər. Nəticədə Nver Ovanisyan ölümcül yara aldı”, - Məryəm Poqosyan bildirib.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
31.07.2018
Mattarella Bakıdan sonra niyə İrəvana getdi? Şərh
30.07.2018
Bu hərbi bazaları ona görə qapatdıq ki... - Lavrov
28.07.2018
Baxçalıdan Trampa: Bu ayıbdır, əxlaqa ziddir!
26.07.2018
Zaranı qəsddən göndəriblər- deputatdan sensasion iddia
25.07.2018
"Jara"dan Zaranın tədbirdə iştirakı ilə bağlı - Açıqlama