Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5569

Digər sorğular

Polis etirazçılara bomba atdı: Paşinyan saxlanıldı - VİDEO

13:06  |    22 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Ermənistan polisi müxalifətin dinc aksiyalarına qarşı müdaxiləyə başlayıb.

Axar.az xəbər verir ki, Erebuni rayonu ərazisində nümayişçilərin qarşısı kəsilib və aksiyalara rəhbərlik edən Nikol Paşinyan saxlanılıb.

Paşinyanın saxlanması zamanı xüsusi vasitələr tətbiq olunub.

Paşinyanın ardında aksiyalara başçılıq edən Mikayılyan da saxlanılıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib.

***

Polis etirazçıların üzərinə irəliləməyə başlayıb. Etirazçılara Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan da qoşulub.

Polisin dinc etirazçılara müdaxilə etməsi nəticəsində bir neçə nəfər yaralanıb.

Məlumata görə, polis etirazçılara qarşı səs bombalarından istifadə edib. Xəsarət alan etirazçılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb.

Qeyd edək ki, cəmi bir neçə saat əvvəl Paşinyanla baş nazir Serj Sərkisyan arasında İrəvanın "Marriot" otelində keçirilən görüş nəticəsiz başa çatmışdı.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
27.05.2018
Donald Tramp: "Görüş yeri və vaxtı dəyişməz qalır"
27.05.2018
Suriyada terrorçuların hücumu nəticəsində 4 Rusiya hərbçisi ölüb
27.05.2018
Rus muzdlularla ABŞ komandosları arasındakı döyüşün şok TƏFƏRRÜATLARI
27.05.2018
Petrosyan Paşinyanın çöküşünə hazırlaşır
27.05.2018
F-35 qadağası: Türkiyənin cavabı nə olacaq?